Özünü masaj etmək üsulları

Bəzən hər hansı xəstəlik səbəbiylə, bəzən isə yalnız istirahət üçün masaja ehtiyac duyulur. Nə zaman ayaqlarınızda və qollarınızda, çiyinlərinizdə və ya dabanlarınızda ağrı hiss edirsinizsə, başqalarından kömək gözləmədən özünüz də masaj edə bilərsiniz. Özünü masaj etməyin üsulları aşağıdakılardır:

Masaj etdirmək imkanınız olmaya bilər, ancaq özünüzü bir neçə dəqiqə masaj edərək stressinizi azalda bilərsiniz.

Öz-özünə masaj texnikası üçün məsləhətlər

Öz-özünə masaj etməzdən əvvəl mümkünsə əzələlərinizi istiləşdirin. Bu prinsipi nəzərə alsaq, hamamdan sonra özünü masaj etmək də yaxşı fikir kimi görünə bilər. Ancaq hamamda qızdırılan əzələlərinizi açıq qoyaraq masaj etsəniz, soyuqdan əzələ spazmı arta bilər. Bunun əvəzinə əvvəlcədən isidilmiş dəsmalı əzələlərin üzərində bir neçə dəqiqə saxlamaq əzələlərinizi qızdıra və masajın təsirini artıra bilər. Ağrıyan ayaqlarınız, bel və kürəyiniz üçün ayaq masajı edə bilərsiniz. Bədənin yuxarı hissəsində ağrılar və gərginliklər olsa da, bütün dayaq-hərəkət sistemi bir-birinə bağlıdır. Yaxşı bir təməl həm də duruş pozğunluqlarının və əlaqəli boyun-çiyin-kürək ağrılarının qarşısını almağa kömək edir.

1. Oxlov

Oxlovla masaj

Baldırlarınızda yaranan ağrılar üçün oxlovu aşağı-yuxarı hərəkət etdirməklə ağrılardan xilas ola bilərsiniz.

2. Tennis topu

Tennis topu ilə masaj

Bəzi insanlar müxtəlif səbəblərdən ayaq üstdə çox qalırlar. Bu, təbii olaraq ayaqların altındakı istənməyən ağrılara səbəb ola bilər. Bunun üçün ayağınızı tennis topunun üstünə qoyun və ağrıyan yerləri hərəkət etdirin. Qısa müddət sonra ağrılarınız səngiyəcək.

3. Kapron corablar

Kapron corabla masaj

Kapron corablardan çiyin və boyun ağrıları zamanı istifadə edə bilərsiniz. Nəticə sizi təəccübləndirəcək.

4. Plastik butulka

Plastik butulka ilə masaj

Soyuducudan çıxardığınız soyuq su ilə dolu plastik şüşəni ayağınızın altında əzin. Bunu ardıcıl olaraq ayaqlarınızın altındakı ağrılı bölgələrə tətbiq edin. Plastik şüşədəki soyuq su ağrılarınızı sakitləşdirəcək.

5. Soyuducu klyokları

Soyuducu klyokları ilə masaj

Əzələ ağrısı və ya zərbələr nəticəsində yaranan ağrılara qarşı tərəvəzlərin saxlanıldığı klyoklardan istifadə etmək olar. Onları ağrıyan yerlərə tətbiq edə bilərsiniz.

6. Özünə baş və boyun masajı etmək

baş və boyun masajı

Özünüzə rahatlatıcı bir boyun masajı etmək üçün baş və çiyinlər arasındakı bölgəni ehmalca sıxın və buraxın. Boynunuzun ağrıyan yerinə bir barmağınızla basıb 30 saniyə saxlayın. Əzələniz rahatlaşana qədər bu prosedurları sınayın.

Yazar: İlk yazar