Qadınlarda 30 yaşdan sonra ən çox görünən süd vəzi xəstəliyi haqqında
30 yaşdan sonra hər iki qadından birində fibrokistik süd vəzi xəstəliyinə rast gəlinir.
Ağrı,yanma hissi və döşdə kütlələrin ələ gəlməsi ilə özünü göstərən fibrokistik dəyişikliklər döşdə rast gəlinən narahatlaqların birincisidir.Demək olarki bütün qadınların yarısı həyatlarının bir dövründə fibrokistik dəyişikliklərlə bağlı şikayətlərlə həkimə müraciət edirlər.Şikayətlər bəzi qadınlarda çox zəif ola bilər,yəni aybaşıdan qabaq biraz olan ağrı kimi.Belə qadınların müayinələrində ələ kütlə gəlməyədə bilər.Bəzilərində isə bu tip şeylər çox şiddətli ola bilər.Hansıki bu ağrı gündəlik heyatı təsirləndirəcək qədər çoxdur.Aybaşıdan sonra bülə ağrı azalmayaraq davam edə bilər.
Fibrokistik döş və fibrokistik xəstəlik arasında fərq nədir?
Xeyr hər ikisi eyni məna kəsb edir.Keçmişdə bu simptomlar xəstəlik olaraq qəbul edilərkən,indi isə bunun bir xəstəlik olmadığı və normal formanın dəyişməsi kimi qəbul edilir. Döş displaziyası, xroniki kistik mastit, kimi adlar altında fibrokistik dəyişikliklər üçün müəyyən vaxtlarda istifadə edilən terminlərdir.
Həkim bildirib ki, fibrokistik süd vəzi qadınlarda ən çox görülən xoşxassəli süd vəzi xəstəliyidir. Ən çox 30-50 yaş arasında görülür.
Daha çox süd vəzinin parenximasında baş verən hormonal dəyişikliklərdən yaranır.
Daha çox 30 yaşlarından sonra görülməyə başlayır; çünki yuxarıda bəhs etdiyimiz hadisələr illərcə təkrarlanar və daimi dəyişikliklər oturmağa başlayır. 50 yaşdan sonra menopoz dövrü başladığında isə sona çatır.
Ümumiyyətlə düşünülənin tərsinə fibrokistik dəyişikliklər döş xərçəngi inkişafında bir risk əmələ gətirməz; lakin döş xərçəngi diaqnozu qoyulmasını çətinləşdirə bilər, xərçəng halları ilə qarışalaşa bilər.
Onun sözlərinə görə, fibrokistik süd vəzi xəstəliyində hormonal müalicəyə ehtiyac yoxdur. Böyük kistlər ultrasəs müayinəsi altinda aspirasiya (boşaldıla ) oluna bilinər və ya təqib edilir. Həyatı narahatlıqlara səbəb olunan ağrılara görə, müalicə oluna bilər.
Bundan əlavə, həddindən artıq şəkər, un, fast-food qidalar, qazlı içkilər, tünd çay, qəhvə qəbulu hormonal balansın pozulmasına səbəb olur və fibrokistlərin meydana gəlməsində rol oynaya bilir.
C.Bağırov vurğulayıb ki, ümumi götürdükdə fibrokistik süd vəzi xəstəliyi , qadının normal bir halıdır. Çox zaman süd vəzi xəçənginə çevrilməz , nadir hallarda xərçəngə çevrilmə ehtimalı vardır. Buna görə də gələcəkdə üzülməmək üçün , hər bir xanım "öz-özünə süd vəzi müayinəsini" bacarmalı , hər ay davamlı edilməlidir və illik həkim müayinəsini axsatmamalıdır.
O cümlədən40 yaşına qədər hər bir qadın ən azı 2 ildən bir, həkim yoxlanışı, süd vəzilərinin ultrasəs müayinəsi, 40 yaşından sonra isə hər il bir dəfə olmaqla həkim müayinəsi, mammoqrafiya və eytiyac olarsa, ultrasəs müayinəsi olunmalıdır.
e-tibb.az