Qəbizliyin təbii yollarla müalicəsi
Qəbizlik, bağırsaq hərəkətləri yavaşlayanda və tualetə gedə bilməmək problemi olanda yaranır. Bu problem bir çox insanda var. Bəzi insanlarda xroniki olsa da, bəzilərində nizamsız qidalanmadan qaynaqlanır. Hərəkətsizlik və su içməmək kimi hallar da qəbizlik problemlərinə səbəb olur.Qəbizliyin aradan qaldırılmasına kömək edən qidalar aşağıdakılardır.
1. Limon
Limon qəbizlikdə həzm sistemini stimullaşdırır və hərəkətini təmin edir. Çayınızda limon istifadə edə bilər, səhərlər limonlu su içə bilərsiniz.
2. Şüyüd
Şüyüd düz əzələ hərəkətlərini sürətləndirərək şişkinliyi və qəbizliyi aradan qaldırır. Şüyüd çayı içə bilərsiniz, ancaq həddindən artıq içməyin.
3. Əncir
Əncir liflə zəngin bir meyvədir. Buna görə incir yemək vacibdir. Əncir xroniki qəbizlik üçün faydalıdır.
4. Gavalı
Gavalı əncir kimi təsirli bir meyvədir. Səhər acqarına yeməklə qəbizliyi aradan qaldırmaq olar. Gavalını quru və təzə halda yeyə bilərsiniz.
5. Üzüm
Üzüm lifli bir meyvədir. Bağırsaq hərəkətini sürətləndirir və qəbizliyin qarşısını alır. Üzünü qurudulmuş və tər formada yeyə bilərsiniz.
6. İspanaq
Yaşıl tərəvəzlər həzm sistemini tənzimləyir. Xüsusilə ispanaq istehlakı bu problemin həllində vacib rola malikdir. İspanağı çiy və ya bişmiş halda yemək olar.
7. Kəklikotu və zeytun
Bir qədər zeytunun üzərinə kəklikotu və zeytun yağı əlavə edib buğda çörəyi ilə yeyin. Bu, qəbizliyi aradan qaldırır.
8. Su
Hər gün ən azı 10 stəkan su için. Su bağırsaqları işlədir və qəbizliyin qarşısını alır.
9. Lifli qidalar
Liflə zəngi gavalı, ərik, banan, üzüm, avokado, çuğundur, ispanaq, kələm, kərəviz, kətan toxumu və paxlalı bitkilərin istehlakı bağırsaqların hərəkətə keçməsini təmin edir. Çiy və ya bişmiş halda yemək olar.