Qıvrım saçlara qulluq üsulları

Qıvrım saçlara qulluq etmək bir qədər çətindir. Xüsusi qulluq üsullarından istifadə etmək lazımdır. Həmin üsulları təqdim edirik.

1. Saç kremi istifadə edin

Saç kremi

Qıvrım saçlar düz saçlarla müqayisədə daha quru olduğu və tez qırıldığı üçün saç kremi istifadə edilməlidir. Həftədə bir neçə dəfə saçlarınıza krem çəkməklə, həm də onların formasının istədiyiniz kimi qalmasına nail ola bilərsiniz.

2. Saçınızı yuyarkən qarışdırmamağa diqqət edin

Saçınızı yuyarkən qarışdırmayın

Saçınızı yuyarkən qarışdırmayın. Daraq seçimi də vacib amildir. Qalın uclu və geniş aralıqlı daraqlara üstünlük verin.

3. Yatarkən bone istifadə edin

Yatarkən bone istifadə edin

Yatarkən bone istifadə etmək saçlarınızı yatırdacaq. Səhər oyandığınızda saçlarınız daha az qabarıq olacaq.

4. Saçaçıcı krem və ya sprey istifadə edin

Saçaçıcı krem və ya sprey

Qıvrım saçların əsas poblemlərindən biri saçların çətin açılmasıdır. Buna görə saçaçıcı spreylər və ya kremlər istifadə olunmalıdır.

5. Saçların suyunu alıb sonra qurulayın

Saçların suyunu alıb sonra qurulayın

Qıvrım saçların suyu alınmalı, sonra qurulanmalıdır. Dəsmalla saçlarınızın nəmliyini ala bilərsiniz. Daha sonra saç kremi istifadə edərək darayın.

6. Şampun seçimini doğru edin

Şampun seçimini doğru edin

Öz saç tipinizə və istəyinizə uyğun şampunlara üstünlük verin. Qıvrım saçlar üçün nəzərdə tutulmuş şampunları seçə bilərsiniz.

7. Saçınızı islaq halda kəsdirməyin

Saçınızı islaq halda kəsdirməyin

Saçınızı islaq halda kəsdirməyin. Əks təqdirdə, istəmədiyiniz nəticələrlə qarşılaşa bilərsiniz. Saçları quru halda kəsdirmək lazımdır.

8. Feni yüksək istilikdə istifadə etməyin

Feni yüksək istilikdə istifadə etməyin

Qıvrım saçları yuduqdan sonra qurumasını gözləmək çox vaxt aparır. Bununla belə, saçları fenin yüksək dərəcədə istiliyi ilə qurutmağa ehtiyac yoxdur. İstilik saçları qurudur və tez qırılmasına gətirib çıxarır.

9. Saç düzləşdirici əməliyyatlardan uzaq olun

Saç düzləşdirici

Saç düzləşdiricidən çox istifadə etmək saçın strukturundə dəyişikliklərə səbəb ola bilər. Saçlarınıza zərər dəyməməsi üçün bu cür proseslərdən uzaq olun.

10. Toppuz saç stilini sınaqdan keçirin

Qıvrım saçlarda toppuz saç stilini

Saçlarınız çox uzundursa, onu toppuz formasına sala bilərsiniz. Bununla da gecə saçlarınızın üzərində yatmazsınız və saçlarınız qabarıq formaya düşməz.

Qıvrım saçlar üçün nəzərdə tutulmuş 5 ən yaxşı məhsul

1. Yvers Rocher şampunu

Yvers Rocher sulfatsız tərkibiylə saçları dərindən təmizləyir. İçindəki kətan sayəsində saçları qidalandırır və onlara yumşaqlıq bəkş edir.

2. Urban Care məhsulu

Urban Care məhsulu

Xüsusi formulu sayəsində saçların yumşaqlığını artıran məhsul, tərkibindəki keratinlə saç köklərini uclara qədər qidalandırır. Qıvrım saçların ehtiyac duyduğu bütün qidalar bu məhsulun köməyi ilə qarşılanır.

3. Pantene saç kremi

Pantene saç kremi

Zəngin Pro-V tərkibli formusu sayəsində saçın ehtiyac duyduğu qulluğu göstərən Pantene, qıvrım saçlardakı qırılma problemini həll edir. Saçlara güc və parlaqlıq verən bu krem həmçinin kimyəvi məhsullardan qaynaqlanan tökülmələri aradan qaldırır.

4. L'ACTONE Shea yağı şampunu

L'ACTONE Shea yağı şampunu

Xüsusi formulu sayəsində saçların nəmlik balansını təmin edən şampun, saçlara canlılıq və parlaqlıq bəxş edir. Tərkibindəki Shea yağı sayəsində saçları yumşaldır və qalınlaşdırır.

5. Diamond Hair Mask

Diamond Hair Mask

Qıvrım saçların xüsusi qulluğa ehtiyac duyduğu məlumdur. Tərkibindəki Shea Butter və arqan yağları sayəsində qıvrım saçların ehtiyac duyduğu maddələri qarşılayan məhsul, ilk istifadədən etibarən öz təsirini göstərir. Diamond Hair saç maskası tərkibindəki keratin və kollagen birləşmələri sayəsində saçlardakı zədələri və qırılmaları bərpa edir.

Yazar: İlk yazar