Quru saçlarla mübarizə üçün 9 yolu

Saçların sağlamlığında qidalanmadan tutmuş, saça qulluq məhsullarına qədər müxtəlif amillər böyük rol oynayır. Parlaq və baxımlı saçlara nail olmaq üçün verdiyimiz tövsiyələrə əməl etməyinizi istəyirik.

1. Saçınızı çox tez-tez yumayın

Hamamda çimən qız

Bir çox insan saçlarını tez-tez yuyaraq səhv edir. Saçların hər gün yuyulması onları qurudur, təbii yağ tarazlığını pozur və aşınmaya səbəb olur.

2. Şampundan az istifadə edin

Hamımızın bildiyimiz kimi, saç şampunlarında bir çox kimyəvi maddə var. Şampundan çox istifadə etmək saçları qurudur, canlılığını azaldır. Saçlarınızın təbii şəkildə qurumasına icazə verin. Saç qurutma maşınları saçları qurudur, nəmini alır.

3. Saçları formaya salan cihazlardan uzaq durun

Saça forma verən cihazlar son vaxtlar ən populyar saç baxımı məhsulları arasındadır. Ancaq bir müddət sonra bu cihazlar saçın quruluşunu pozur və onlara çox zərər verir. Buxarla işləyən və ya ən son texnoloji məhsullardan istifadə emək daha məqsədəuyğundur.

4. Saç boyalarına diqqət edin

saç boyamaq

Saç boyaları, saç ağardıcıları, kimyəvi düzləndiricilər, permalar, bunlar hamısı saçların qurumasına səbəb olur. Saçlarınız zədələndikdən sonra əvvəlki sağlamlığını bərpa etmək çox çətindir. Saçlarınızı təbii saç boyaları ilə boyayın.

5. Saç maskasını evdə hazırlayın və tətbiq edin

Bu maska saçınızı nəmləndirəcək və parlaqlıq verəcək. Saçlarınızı isladın və aşağıdakı maskanı saçlarınıza sürtün. 5 dəqiqə saxlayın, sonra su ilə yuyun.

Tərkibi:

  • Çəngəllə əzilmiş 1 yumurta
  • Bir xörək qaşığı bal
  • Bir xörək qaşığı aloe vera geli
  • İki xörək qaşığı qatıq

6. Qidalanmağınıza diqqət yetirin

Qidalanmağınız birbaşa saç sağlamlığınızla əlaqəlidir. Vitamin çatışmazlığınız ilk olaraq saçınıza əks olunur. Yağsız ət, lobya, süd kimi protein tərkibli qidalar, Omeqa 3 yağ turşuları ilə zəngin somon, sardalya, kətan toxumu və qoz saçlara faydalı qidalardır. Ət və digər heyvan məhsullarında olan B vitaminləri də saçlarınızın qurumasının qarşısını alacaq.

7. Saç kremi əvəzinə Hindistan qozu yağı istifadə edin

Hindistan qozu yağı zəif və quru saçlar üçün ən yaxşı vasitədir. Bu yağ saçlarınızı bir çox vitamin və mineral ilə təmin edir. Saçlarınız çox qurudursa və ya zədələnibsə, saç kremindən istifadə etməyin.

8. Balın faydalarını qiymətləndirin

qabda bal şəkli

Quru, zədələnmiş və donuq saçlarınız varsa, onları balla canlandıra bilərsiniz. Zədələnmiş saçların vacib qida maddələri ilə yaxşılaşdırılması lazımdır. Bal bunu çox gözəl edə bilər. Bu təbii müalicədən istifadə edə bilərsiniz.

9. Avokado maskası tətbiq edin

Avokado quru saçları qidalandırmaq üçün istifadə edə biləcəyiniz ən yaxşı vasitələrdən biridir. Bu meyvə vitaminlər, minerallar və omeqa 3 yağ turşuları ilə zəngindir. Saçların daha parlaq və canlı görünməsinə kömək edir.

Düzgün şampundan istifadə edin

Quru saçlar üçün xüsusi olaraq hazırlanmış nəmləndirici tərkibli şampunları seçin. Bundan əlavə, sulfatsız məhsulların seçilməsi də saçların qurumasının qarşısını ala bilər.

Orta temperaturlu sudan istifadə edin

Saçınızı yuyarkən çox isti su istifadə etməkdən çəkinin. İsti su saç tellərini quruda və baş dərisini qıcıqlandıra bilər. Orta temperaturda su istifadə edərək saçlarınıza daha çox nəm verə bilərsiniz.

Nəmləndirici istifadə edin

Xüsusilə qış aylarında və ya çox quru iqlimdə yaşayanlar üçün saçları nəm saxlamaq üçün nəmləndirici istifadə etmək faydalı ola bilər.

Avokadonu bir qabda qaşıqla əzin. Prosesi asanlaşdırmaq üçün yetişmiş bir avokado istifadə etməyi məsləhət görürük. Zeytun yağı əlavə edin və yaxşıca qarışdırın. Krem halına gəldikdə saçlarınıza sürtün. 15-20 dəqiqə gözləyib yuyun.

[xeberdarliq]

Yazar: İlk yazar