Sevgililər günündə sevgini qidalandıran qidalar
Cütlüklərin həyəcanla gözlədiyi Sevgililər gününə az qalıb. Bəs Sevgililər gününü gözəl bir yeməklə əlamətdar etmək istəyənlər nə yeməlidir? Dr. Fevzi Özgönül bununla bağlı vacib məlumatlar verib.
Sevgi hormonu oksitosin
Aşiq olan insan xoşbəxtdir, ümidlidir, özgüvəni var və sosialdır. Hər səhər oyandıqda yenə də aşiqdir. Sevgi hormonu adlandırılan və beynin hipotalamus bölgəsindən düşürülən oksitosin insanda bir çox təsir yaradır.
İnsanın özünə olan inamını artırır. Kök olsanız belə bunun önəmli olmadığını düşünürsünüz. Xüsusən kişilərdə sevdiklərinə qarşı sədaqəti artırır. Oksitosin stresi azaldır. Cinsi aktivliyi yüksəldir. Oksitosin səviyyəsi artdıqca insan sevdiyi şəxsi başqalarından daha cazibəli hesab edir. Beləliklə, məhəbbətinizi alovlandırmaq üçün sevgi hormonu olan oksitosinin səviyyəsini artırmalısınız.
Sevgini qidalandıran qidalar
Kişini romantikləşdirən, qadını xoşbəxt edən qidalar hansılardır? Sevgililər günündə nə yeməliyik? Sevdiyimizə nə yedirtməliyik? Sevgidə təmas və yaxınlaşma vacib olduğu üçün həmin gecə kiçik bir masa seçin. Belə halda sevgilinizə daha yaxın olacaqsınız.
Köri sousu
Yeməklərdə afrodizyak təsiri yaratmaq üçün köri sousu istifadə edin. Köri sousu vurulmuş toyuq və ya ət yeməyi yaxşı seçim olar.
Kərəviz
Yanında zeytun yağlı kərəviz qoymaq da gözəl olar. Kərəviz afrodizyak təsiri güclü olan bir tərəvəzdir.
Qoz
Çörək əvəzinə yeyə biləcəyiniz qozun da afrodizyak təsiri güclüdür.
Banan və çiyələk
Banan və çiyələyin təsirini unutmayın.
Qulançar
Qulançar da şorba və ya təbii halda süfrədə yer almalıdır.
Darçın
Darçının afrodizyak təsirindən yararlanmaq üçün süfrəyə qaymaqlı darçın qoya bilərsiniz.