Sızanaqlara səbəb olan qidalar
Sızanaqların əmələ gəlməsində bir çox amillər təsirli olur. Qəbul edilən qida və içkilər də bu amillər arasındadır. Üzdəki sızanaqların səbəbləri arasında hormonal dəyişikliklər təsirlirola malikdir. Bəs yediyimiz hansı qidalar sızanaqların yaranmasına yol açır? Sızanaqlar necə aradan qaldırılır? Sızanaqlara səbəb olan qidaları təqdim edirik.
1. Acı ədviyyatlı yeməklər
Qırmızı bibər, pomidor məhsulları və ədviyyatlı qidalardan çox istifadə edilməməlidir. Bu cür qidalar üzdə qan axınını artırır.
2. Şəkərli qidalar
Şokolad və onun kimi qidalar immunitet sistemimizi zəiflədir. İmmunitet zəiflədikcə sızanaqların əmələ gəlməsi ninsürəti artır. İşlənmiş şəkərlər qan şəkərini dəyişdirdiyi üçün sızanaqlara səbəb olur.
3. Süd və süd məhsulları
Süd və süd məhsulları həyatımızda çox önəmlidir, lakin lazım olduğundan artıq istifadə edilərsə, problemlər yarada bilər. Bundan əlavə, məhsulların təzə və təmiz olmasına diqqət etmək gərəkdir.
4. Turşulu və şəkərli içkilər
Məlumdur ki, şəkər immunitet sistemini zəiflədir və bu da sızanaqlara səbəb olur. Bu cür məhsullardan mümkün qədər az istifadə olunmalıdır.
5. İşlənmiş qidalar
Ağ çörək və digər oxşar qidalar qanda insulinin dəyərini artıraraq sızanaqların əmələ gəlməsinə səbəb olur. Sızanaqlarımızdan xilas olmaq istəyiriksə, mütləq şəkildə fast-fuddan (Burger King, Mc Donalds) uzaq durmalıyıq.
6. Hazır meyvə suları
İçdikdə dadı ürəyimizi fəth etsə də, bu içkilərdən də uzaq durmalıyıq. Ev şəraitində təbii üsulla sıxılmış meyvə şirələrinə üstünlük verməliyik.
7. Dondurma
Təbii yolla istehsal olunanlardan başqa, digər dondurmaların tərkibində çoxlu qatqılar olduğu üçün onlardan istifadə minimuma endirilməlidir.
8. Səhər yeməyindəki məhsullar
Səhər yeməyində sevə-sevə yediyimiz dənli bitkilərin əslində sızanaqlara səbəb olduğunu bilirsinizmi? Ona görə diqqətli olmaq gərəkdir.
9. Qızardılmış soğan halqaları
Bir çox insan soğan halqalarını yeməyi sevir. Ancaq unutmayın ki, sızanaqlara səbəb olduğu üçün çox miqdarda yemək olmaz.
[xeberdarliq]