Sizi yaşlı göstərən 10 makiyaj xətası
Makiyaj, dəridəki qüsurları qapatmaq, daha çox canlılıq bəxş etmək üçün istifadə olunan vasitədir. Bəzən makiyajdan ifrat dərəcədə istifadə etmək insanı olduğundan daha yaşlı göstərə bilər. Bununla bağlı edilən səhvləri təqdim edirik.
1. Tonal kremi qalın çəkmək
2. Açıq rəngdə baza istifadə etmək
Dəri rənginiz çox açıqdırsa, yaşlandıqca daha isti tonlarda bazadan istifadə edin. Dərinizdən bir-iki ton tünd və parlaq bazalara üstünlük verin.
3. Göz altındakı şişkinliyə tünd qapadıcı sürtmək
Yaş irəlilədikcə göz altındakı dəri təbəqəsi incələşir. Buna görə tünd qapadıcılar sürtmək daha çox diqqət çəkməyə səbəb olar. Açıq rəngli və xəfif qapadıcı çəkin və çəkərkən barmaqlarınızla deyil, fırça ilə tətbiq edin.
4. Üzün bütün hissəsinə pudra vurmaq
Pudra burun və çənə bölgəsindəki parlaqlığı qaydasına salmaq üçün istifadə olunan məhsuldur. Lakin üzün bütün hissəsinə tətbiq edildikdə, qırışların üzə çıxmasına səbəb olar. Ən əsası, göz hissənizə pudra vurmayın.
5. Yanaqlara ənlik vurmaq
Bunun əvəzinə almacıq sümüklərinin üst hissəsinə vurulmalıdır. Buruna yaxın hissələrə ənlik vurmayın. Fırçadan istifadə edərək almacıq sümüklərinin üst qisminə daha təbii və açıq rənglər vurun.
6. Qısa müddətdə yox olan pomada çəkmək
Dodaq xətlərini daha dəqiq göstərmək qadını daha gənc göstərir. Bunun üçün rəngi bəlli edən və daha dayanıqlı dodaq qələmləri istifadə olunmalıdır.
7. Pomada seçimi
İncə dodaqlara parlaq rənglər, tünd tonlar ağırlıq bəxş edir. Buna görə daha təbii rənglər seçməlisiniz. Hətta pomada əvəzinə dodaq parladıcısı istifadə edə bilərsiniz.
8. Alt kirpiklərə tuj çəkmək
Üst kirpiklərə tünd qara tuj çəkin. Belə halda gözləriniz və dəriniz daha bəyaz görünəcək. Həm də çox qatı olmayan tujdan istifadə etmək önəmli amildir. Çünki yaşlandıqca kirpiklər daha quru olur. Bu da tujun kirpiklərdən üzə hopmasına səbəb olur.
9. Göz altına eyeliner çəkmək
Eyeliner gözlərinizi daha kiçik göstərər və göz altındakı şişkinliklər daha çox diqqət çəkər. Eyelineri göz qapağınızın üstünə kənarlara doğrü qalınlaşan şəkildə çəkin.
10. Göz kənarlarına parlaq far vurmaq
Parlaq far gözlərin kənarlarına vurulduqda bütün incə cizgiləri ortaya çıxarır. Parlaq məhsulları göz qapağının ortalarında və yalnız qaş xətlərində istifadə edin.