Soyuq havada göz quruluğuna qarşı 5 tövsiyə
Soyuq hava təkcə üst tənəffüs yolu infeksiyalarına səbəb olmur. Payızdan etibarən külək və soyuq hava ilə yanaşı göz quruluğu əmələ gəlir.
Göz quruluğunun səbəbləri
Soyuq havalar da gözə müəyyən zərərlər verə bilər. Soyuqda ən çox rast gəlinən göz problemi göz quruluğudur. Bu problem qışda daha da şiddətlənir. Bunun səbəbi quru və soyuq hava, hava çirkliliyi və qapalı ortamlarda havalandırmanın təsiri ilə gözlərdə yaran nəmliyin azalmasıdır.
Qapalı məkanlarda çalışanlara daha çox təsir edir
Göz yaşları külək, toz, tüstü kimi faktorlara görə çirklənən göz səthini təmizləmək baxımından olduqca vacibdir. Gözləri qırpmaqla göz yaşı göz səthinə yayılır və onu nəmləndirir. Lakin göz yaşı vəzinin lazımi səviyyədə işləməməsi gözlərin az qırpılması, soyuq və quru hava, qapalı məkanlardakı istilik kimi təsirlər səbəbi ilə göz yaşı miqdarı azalır. Bunun nəticəsində də göz quruluğu əmələ gəlir. Xüsən qapalı məkanlarda ekran başında işləyən insanlarda bu problemə çox rast gəlinir.
Göz quruluğunun əlamətləri
Göz quruluğu gözlərdə yanma, batma, qum varmış kimi bir hiss, qızarıqlıq və görmə zəifliyi kimi əlamətlərlə özünü büruzə verir. Göz quruluğu şiddətləndikdə görmə itkisi də yaşana bilər. Görmə itkisi quruluğa bağlı olaraq gözün şəffaf təbəqəsində düzənsizlik, ləkə yaranması və infeksiya
nəticəsində yara izi qalması səbəbi ilə əlaqədar əmələ gəlir. Göz quruluğunun səbəb olduğu görmə itkisi bəzən qalıcı ola bilir. Buna görə erkən dönəmdə müalicə olunmalıdır.
Göz quruluğu damlası
Göz quruluğu müalicə olunan xəstəlikdir. Müalicədə əsas məqsəd əskik olan göz yaşının süni göz yaşı damlaları ilə əvəz edilməsidir. Gözdə iltihabi reaksiya yarandığı üçünkortizonlu damla və ya anti-inflamatura xüsusiyyətli damlalar istifadə olunur.
Göz quruluğuna qarşı 5 tədbir
1. Küləkdən qorunun
Külək gözdəki yaşları buxarlandıraraq göz quruluğuna yol açır. Buna görə küləkli havalarda böyük eynəklər istifadə etmək lazımdır.
2. Çoxlu su için
Bədənimizin 60 %-ni təşkil edən su gözlərin sağlamlığı üçün olduqcavacibdir. Su istehlakı az olduqda göz yaşının istehsalı da azalır. Gündə azı 2 litr su için.
Qapalı yerlərdə hava qapalı sistemlə təmizlənir və isidilir. Bu da havadakı nəmliyin azalmasına, bundan dolayı yaranan göz quruluğuna səbəb olur. Qapalı yerlərdə nəmliliyin 45 % civarında olmasına diqqət edilməlidir.
4. Süni göz yaşı damlalarından yararlanın
Həkim tövsiyəsi ilə gözlərinizi süni göz yaşı damlaları ilə nəmləndirə bilərsiniz.
5. Gözlərinizə ekran başında istirahət verin
Kompüter istifadə edərkən gözlərimizi daha az qırpırıq. Bu isə göz səthindəki buxarlanmanı artırır. Kompüter arxasında olarkan hər saat ərzində gözlərə bir-iki dəqiqə istirahət vermək lazımdır.
[xeberdarliq]