Sperma sayını artıran 10 qida
Uşaq sahibi olmaq istəyən cütlüklər sperma sayına önəm verməlidirlər. Sperma sayının az olması, mayalanma, yəni hamiləlik şansını azaldır. Sperma sayının aşağı olması fiziki və psixoloji problemlərlə əlaqədar ola bilər. Sperma sayını artırmaq üçün bəzi qidalardan istifadə etmək mümkündür. Onlar aşağıdakılardır.
1. Sarımsaq
Tərkibindəki allikin maddəsi sayəsində cinsiyyət orqanlarına qan axışını sürətləndirir və sperma sayını artırır.
2. Fıstıq
Antioksidantla zəngin fıstıq sperma sayını artırır. Qan dövranını sürətləndirərək sperma sayına böyük təsir göstərir.
3. Acı şokolad
Sperma sayını artıran fermentlərlə zəngindir.
4. Qoz
Tərkibində omeqa 3 olan qoz sperma sayını artıran ən təsirli qidalardan biridir.
5. Banan
Bananda bol miqdarda sperma artıran ferment var. Banan yeyərək sperma sayını artıra bilərsiniz.
6. İspanaq
Çoxyarpaqlı yaşıl tərəvəz olan ispanaq zəngin bir folik turşusu mənbəyidir. Folik turşusu yaranmadıqda, sperma tədricən zəifləyir və azalır.
7. Yerkökü
Tərkibində çoxlu A vitamini olan yerkökü spermanın artırılması baxımından vacib qidadır.
8. Qırmızı meyvələr və tərəvəzlər
Kişi məhsuldarlığına müsbət təsir göstərən başqa bir qida qrupu daxili və ya xarici qırmızı olan meyvə və tərəvəzlərdir. Pomidor, qreyfrut, qarpız, qırmızı bibər kimi qidaların tərkibində likopen adlı bir möcüzə var. 2014-cü ildə aparılan bir araşdırmada tərkibində likopen (pomidorlara rəng verən maddə) olan qidaların sperma sayını 70% artırdığı müəyyən olub.
9. İstiridyə
Romalılar istiridyələrin cinsi həyat üçün faydalarını kəşf ediblər. İstiridiyəin tərkibində yüksək miqdarda sink var və sink spermanın təməl daşlarından biridir.
10. Göbələk
Hər növ göbələk cinsi həyatı hər cəhətdən yaxşılaşdıran D vitamini ilə zəngindir. Qan dövranını yaxşılaşdırır və ereksiya problemlərinin həllinə kömək edir.
[xeberdarliq]