Süd maskası necə hazırlanır? Südlü, ballı, maya maskası
Gündəlik qulluq seansınıza süd maskası əlavə edərək cildinizi qüsursuz göstərə bilərsiniz. A, D və E vitaminləri olan süd, dərini cavan tutaraq təbii nəmləndirici rolunu oynayır. Sağlamlığa və dəriyə faydalı olan südlə hazırlanan 5 maska reseptini sizin üçün hazırlamışıq. Onları təqdim edirik.
Təbii məhsullardan hazırlanan maskalardan bir çox qadın istifadə edir. Süd maskası da onlardan biridir. Bu maskalar sayəsində gözəllik salonlarında çoxlu pul xərcləməyə ehtiyac qalmayacaq.
Canlandırıcı süd maskası
Süd maskaları dəriyə qulluq üçün istifadə edilən təbii və qidalı məhsullardan biridir. Süd maskası hazırlamaq üçün əsas addımlar bunlardır:
İnqridentlər:
- 2 xörək qaşığı süd
1 xörək qaşığı bal (bal dərini yumşaldır və nəmləndirir).
1 çay qaşığı zeytun yağı (istəyə görə dərini qidalandırır və nəmləndirir).
1 çay qaşığı limon suyu (dərini ağardır, lakin həssas dərilərdə istifadə etməyin).
Hazırlanması
Təmizləmə: Əllərinizi yaxşıca yuyun və dərinizi təmizləyin. Dərinizdə heç bir makiyaj və ya kir izi olmamalıdır.
Tərkibi qarışdırmaq: Bir qabda süd, bal və zeytun yağını (istifadə olunursa) qarışdırın. Limon suyu əlavə etməyi planlaşdırırsınızsa, bu mərhələdə əlavə edin.
Qarışığın tətbiqi: Hazırladığınız qarışığı dərinizə bərabər şəkildə çəkin. Maskanı dərinizdə təxminən 15-20 dəqiqə saxlayın. Bu müddət ərzində maskanı qurutmadan dərinizdə saxlamağa çalışın.
Durulama: Maskanın təsirini tamamladıqdan sonra üzünüzü ilıq su ilə yuyaraq maskanızı təmizləyin. İlıq su dərinizdəki məsamələri açır və maskanı daha asan təmizləməyə kömək edir.
Dəriyə Qulluq: Maskadan sonra dərinizi yumşaq bir şəkildə qurudun və dəriyə qulluq rutininizə davam edin. İstəsəniz nəmləndirici tətbiq edə bilərsiniz.
Saç düzləşdirici süd maskası
İnqridentlər
- Yarım stəkan süd
- 1 çay qaşığı bal
- 1 ədəd banan
- Fısqırtmaq üçün spreyli şüşə
- İncə dişli daraq
Hazırlanması
Spreyli şüşəyə süd və bal tökün, yaxşıca qarışdırın. Başqa bir kasada bananı püre halınaa gətirin və daha sonra balla südə əlavə edib qarışdırın. Sonra qarışığı saçlarınıza sürtün və darayın. 20 dəqiqə gözləyib təbii şampunla yuyun. Saçlarınız quruduqda inkişafı görəcəksiniz.
Rahatladıcı təmizləmə lasyonu
İnqridentlər
- 1 ədəd papatya çayı paketi
- 2 yemək qaşığı bal
- 1 kiçik xiyar
- 1 xörək qaşığı süd
Hazırlanması
Bir fincan papatya çayı hazırlayın və soyumağa qoyun. Dilimlənmiş xiyarların suyunu çıxarın. Bal və südü xiyar suyuna əlavə edin. Əldə etdiyiniz lasyonu pambığın köməyilə üzünüzə sürtün. Sonra isə üzünüzü soyumuş papatya çayı ilə yuyun.
Dərini ağardan süd maskası
İnqridentlər
- 1 stəkan süd
- 1 xörək qaşığı bal
- 1 xörək qaşığı qatıq
- Para limonun suyu
Hazırlanması
Süd, bal, limon suyu və qatığı qarışdırın. Əlinizlə dərinizə sürtün. 30 dəqiqə gözləyib maskanı ilıq su ilə durulayın və nəmləndirin. Dərinizi çoxlu su ilə yumayın. Xüsusənlimon suyu kimi asitli maskalar dərini həssaslaşdırır.
Südlü, ballı maya maskası
İnqridentlər
- 1 xörək qaşığı maya
- 1 xörək qaşığı bal
- 1 xörək qaşığı süd və ya yoğurt
Hazırlanması
Bunları krem halına gəlinədək qarışdırın. Sonra dərinizə aşağıdan yuxarı hərəkətlərlə ehmalca sürtün. Maskanın qurumasını gözləyin, sonra ilıq su ilə massaj edərək maskanı təmizləyin.