Təbii yollarla diş ağardılması üsulları
Dişlərimizi mütəmadi olaraq fırçalasaq da, özümüzə qulluq etsək də, bəzən dişlərimizin saraldığınınşahidi oluruq. Dişləri ağartmaq üçün fərqli üsullar və əlavə prosedurlar tətbiq edə bilərik. Diş ağartmağın təbii yollarını təqdim edirik.
1. Hindistan qozu yağı
Hindistan qozu yağı ağıza qarqara üsulu ilə tətbiq edilə bilər. Bu yağ dişlərinizi çirklərdən təmizləyəcək. Həftədə bir dəfə qarqara edərək ağappaq dişlərə sahib ola bilərsiniz.
2. Çiyələk
Çiyələk bədənimizdəki PH tarazlığını tənzimləyir ki, bu da dişlər üçün çox faydalıdır. Çiyələk yeyərkən diş səthinizin daha hamar olduğunu hiss edə bilərsiniz. Bunun səbəbi çiyələk toxumlarının bir növ diş qabığı funksiyası yerinə yetirməsidir.
3. Alma
Almanın tərkibində diş ağardıcı məhsullarda olan turşu var. Ancaq almanın turşuyla zəngin olduğu üçün diş minasının incəlməsinə səbəb olduğu da məlumdur.Bu səbəbdən alma yeyərkən bir dilim pendirdən istifadə edin.
4. Kərəviz
Diş ləkələrindən qurtulmaq üçün kərəviz yeyin. Kərəviz təbii bir diş fırçası kimi fəaliyyət göstərir. Yüksək su tərkibi ilə tüpürcək istehsal edir və təbii ağız təmizləyicilərini aktivləşdirir.
5. Yerkökü
Yerkökündəki A vitamininin gözlərə faydalı olduğunu bilirik. Yerkökü və ya yerkökü suyu ağızdakı tüpürcəyin miqdarını artırır və bir növ ağız təmizləyicisi kimi xidmət edir.
6. Brokoli
Çiy halda yeyildikdə diş səthini azca aşındırır və görünən ləkələri təmizləyir. Brokolinin içərisində olan dəmir, diş minasındakı boşluğa səbəb olan turşuları kənarlaşdıran görünməz bir divar rolunu oynayır.
7. Pendir
Pendirdə sümüklərimizi gücləndirən kalsiumla yanaşı, diş çürüməsini və asidik qidaların yaratdığı zərərin qarşısını alan çox sayda laktik turşusu var. Bol miqdarda istehlak etməyinizi tövsiyə edirik.
8. Su
Su dərinizin qurumasının və dişlərinizdəki ləkələrin qarşısını alır. Təbəssümünüzü ağ və parlaq edən piqment baxımından zəngin qidalar və içkilər qəbul etdikdən sonra mütləq su için. Bundan əlavə, su ağızdakı turşuluğu azaldır.
9. Somon
Somon balığında olan D vitamini, bədəninizə daxil olan kalsium və fosforu özünə çəkməyə imkan verir. Bu, dişlərinizin daha tez ağarmasına və təmizlənməsinə kömək edir.
10. Ananas
Ananasda olan bir ferment olan Bromelain, dişləri təmizləyərək ağızda əmələ gələn ərpin çıxarılmasına kömək edir. Bundan əlavə, ananasda olan sitrik turşusu da yaxşı bir antibakterialdır.
11. Reyhan
Təbii bir antibiotik kimi tanınan bu bitki dişlərdəki bakteriyaları aradan qaldırır. Həftədə bir neçə dəfə reyhan çayı içmək dişlərinizi sağlam edir.
12. Soğan və sarımsaq
Soğan və sarımsaqda tiosulfinatlar adlanan bakteriyanı aradan qaldıran xüsusi maddə var.Bundan əlavə, bu bitkilərin rəngsiz olması da dişlərinizə ləkə gətirməyəcəyi anlamına gəlir. Buna görə də, onu rahatlıqla istehlak edə bilərsiniz.
13. Duz
Diş məcununuza duz əlavə etməyi sınaqdan keçirin. Duz yaxşı bir antibakterialdır. Duz, aşındırıcı xüsusiyyəti sayəsində dişlərinizdəki qalıqları təmizləyir və təmizliyi təmin edir.
14. Soda
Soda dişləri ağartmaq üçün istifadə olunan ən vacib maddələrdən biridir. Su və sodanı qarışdırıb dişlərinizi bu qarışıqla fırçaladıqda əla nəticənin şahidi olarsınız. Araşdırmalara görə, soda ən güclü və etibarlı diş ağardıcısı sayılır.
Saralmış dişləri ağartmaq üçün nə etmək lazımdır?
Saralmış dişləri ağartmaq üçün diş və ağız baxımına diqqət yetirməlisiniz. Bundan əlvə, təqdim etdiyimiz təbii məhsullardan da istifadə edə bilərsiniz.
Limon suyu dişləri ağardırmı?
Limon suyu və limon qabığı dişlərin ağardılması üçün təsirli bir üsuldur. Limonu qabığı ilə birlikdə rəndədən keçirin və suyunu sıxın. Bu su ilə dişlərinizi ağarda bilərsiniz. Ancaq çox istifadə etdikdə diş ətində qıcıqlanma yarana bilər.
Dişləri necə təmizləmək lazımdır?
Diş baxımına əhəmiyyət verməyənlərin dişlərində və ağzında yüksək dərəcədə mikroblar əmələ gəlməyə başlayır. Bu mikroblar çürük və boşluqlara səbəb olur.
Soda diş minasına zərər verirmi?
Soda ən yaxşı diş ağardıcısı hesab olunur. Ancaq soda həmçinin diş səthinin aşınmasına da səbəb olur. Bununla yanaşı, dişlərdə həssaslıq problemlərinə səbəb olur.
[xeberdarliq]