Unutqanlığın qarşısını almağın 10 yolu
Bir çox insan yaşlandıqca unutqanlıqdan əziyyət çəkir. Bəs unutqanlığın səbəbləri nədir? Unutqanlığın qarşısını necə ala bilərik? Unutqanlığın qarşısını alan qidalar hansılardır? Unutqanlığın yalnız yaşlılara aid olduğunu düşünürsünüzsə, yanılırsınız. Çünki gərgin iş tempi, stress kimi bir çox səbəbə görə unutqanlıq gənclərdə də görülə bilər. Unutqanlığın qarşısını almağın ən yaxşı yolu etdiyinizi daim təkrarlamaqdır. Bəs siz unutqanlıqla necə mübarizə aparırsınız? Unutqanlığın qarşısını almaq üçün nə etmək lazımdır?
Unutqanlığın səbəbləri və müalicəsi
Unutqanlığın yaşanması təkcə yaşlılarda deyil, gənclərdə də rast gəlinən bir vəziyyət olmağa başlamışdır. Gündəlik həyatımızda yaşadığımız sıx temp və stress unutqanlığa səbəb ola bilər. Unutqanlıq o zaman baş verə bilər ki, beyin həmin müddət ərzində görülən işə diqqət yetirmir və nəticədə diqqətdən yayınır. Bu normal bir vəziyyətdir. Bu, şübhəsiz ki, başqa bir xəstəliyin əlaməti deyil. Təkrarlanmayan hər hansı bir məlumat unudula bilər.
Əslində, hamımız gündəlik həyatda qarşılaşdığımız unutqanlığı normal qəbul edirik. Məsələn, pul qabını evdə qoymaq, xüsusi günləri yaddan çıxarmaq və s. Belə hadisələr artdıqca, xüsusən insan yaşlandıqca bunlar daha da cansıxıcı olur. Unutqanlığın asan həll oluna biləcək səbəbləri vardır. Unutqanlıq bir çoxumuzun şəxsi və sosial həyatına təsir edən bir problemdir. Bu yazıda unutqanlığın səbəblərini, zərərlərini və unutqanlığın qarşısını almaq üçün nə edə biləcəyimizi bir araya gətirmişik.
Unutqanlıq niyə yaranır?
Unutqanlığa səbəb olan bəzi amillər var. Bunlar; dəmir çatışmazlığı, nizamsız və qeyri-sağlam qidalanma, xolesterol, depressiya, psixoloji problemlər, qalxanabənzər vəzi xəstəlikləri və B12 vitamini əskikliyi meydana gələ bilər.
Unutqanlığın səbəbləri arasına bir çox nevroloji və psixiatrik xəstəlikləri də daxil etmək mümkündür. Bunlar arasında mərkəzi sinir sisteminə təsir edən depressiya və digər xəstəlikləri göstərmək olar. Unutqanlıq xəstəlik olmadan da baş verə bilər.
- Stresli həyat şərtləri
- Əhəmiyyətsiz şeylərin yadda saxlanılması
- Bir iş öyrənərkən birdən çox mövzu ilə məşğul olmaq
- Diqqəti cəmləşdirməyi azaldan təsirlər
- İşimizə kifayət qədər əhəmiyyət verməmək
- Səliqəsiz iş ortamı
- Öyrənmə və yaddaş texnikaları haqqında kifayət qədər məlumatlı olmamaq
Sadaladığımız bu amillər öyrəndiyimiz hər şeyi xatırlamağımızı çətinləşdirərək, bizi unutqanlıq dediyimiz problemlə üzləşdirir.
Unutmanın faydası da var
Bəzi anları unutmaq həmişə pis bir şey kimi qəbul edilməməlidir. Əslində unutqanlıq yaşanan mənfilikləri nəzərə almasaq, insan üçün çox faydalı haldır. Məsələn, başımıza gələn pis hadisələri unutmaq kimi. Əgər unutmasaq, problemlərin məngənəsində boğularıq.
Unutqanlığın qarşısını almaq üsulları hansılardır?
Unutqanlığın qarşısını alan bəzi üsullar var, bunlardan bəziləri aşağıdakılardır:
1.Nə qədər üzərində çox dayansan, bir o qədər gec unudarsan
Bir şeyi yaddaşa köçürərkən diqqət və konsentrasiyanı cəmləmək lazımdır. Bir mövzuya nə qədər çox diqqət yetirilsə, o qədər asanlıqla yadda qalacaq. Bu səbəbdən ətrafda diqqəti yayındıran başqa şey olmamalıdır. Bir mövzu bizim üçün nə qədər vacibdirsə, yaddaşımızda o qədər uzun müddət qalacaq.
2. Oxşarlıqlar qurmaqla xatırlamaq üsulu
Bu vəziyyətdə yaddaşınızda olan bir şeyi həyatınızda olan nəsnələrlə eyniləşdirərək yadda saxlaya bilərsiniz. Məsələn, bir telefon nömrəsini əzbərləyərkən, doğum tarixiniz, kredit kartı parolunuz, evlənmə tarixiniz kimi rəqəmlərdən yararlana bilərsiniz.
Unutqanlığı aradan qaldıran qidalar
1. Yaban MersiniYaban mersini üzərində aparılan araşdırmalar bu meyvənin beyni "oksidləşdirici stress"dən qoruduğunu, yaşla əlaqədar unutqanlığı aradan qaldırdığını ortaya çıxarıb. Yaddaşınızı gücləndirmək üçün gündə bir ovuc yaban mersini yeyə bilərsiniz.
2. Dəniz balıqları
Omeqa 3 yağ turşuları ilə zəngin olan ton, somon kimi dəniz balıqları unutqanlığı aradan qaldırır. Eyni zamanda, əsl protein mənbəyi olan bu balıqlar ümumi sağlamlığın qorunmasına da kömək edir. Həftədə 2-3 dəfə balıq yemək yaddaşınızı uzun müddət qorumağınıza kömək edəcək.
3. Quru meyvələr
E vitamini ilə zəngin olan qoz, fındıq və digər quru meyvələr unutqanlıqla mübarizədə çox faydalıdır. Hər gün bir ovuc qoz, fındıq, anakardiya, badam, fıstıq, günəbaxan toxumu kimi qidalar yesəniz, yaddaşınız möhkəmlənər.
4. Dənli bitki məhsulları
Hər orqan kimi beyin də kifayət qədər oksigen almaq üçün nizamlı qan axınına ehtiyac duyur. Yulaf əzməsi, qəhvəyi düyü kimi qidalar pis xolesterolu azaldır və qan axını mənfi təsir edən damar tıxanmasının qarşısını alır. Qara çörək xüsusən faydalıdır.
5. Nar şirəsi
Antioksidantlarla zəngin olan nar şirəsi bədəndəki hüceyrə quruluşunu pozan "sərbəst radikallardan" effektiv qorunma təmin edir. Portağal, çiyələk və qreypfrut kimi antioksidan meyvələr də unutqanlıq üçün faydalıdır və beyin hüceyrələrini qoruyur.
6. Yaşıl çay
Yaşıl çay konsentrasiyanı artırır, əhval-ruhiyyəni yüksəldir və unutqanlığa faydalıdır. Antioksidant xüsusiyyətləri ilə beyni və digər orqanları qoruyan yaşıl çay təzə dəmlənməlidir. Yaşıl çay dəmlədikdən sonra isti və ya soyuq içə bilərsiniz.
7. Tünd şokolad
Qara şokolad yaddaşın qorunmasına kömək edən qidalar arasındadır. Konsentrasiyanı da artırır və enerji verir. Şokoladın müsbət təsirlərindən faydalanmaq üçün 50-70% kakaolu olan tünd şokolad yeməlisiniz. Gündə 10-15 qram şokolad yemək kifayətdir.
8. İspanaq
Folik turşusu və minerallarla zəngin olan ispanaq yaddaşı gücləndirir, unutqanlığı bərpa edir. Folik turşusu, Alzheimer xəstəliyindən qorunmaq və yaşla əlaqədar unutqanlığın müalicəsi üçün tövsiyə edilən ən yaxşı vitaminlərdən biridir. 1 kasa çiy ispanaq gündəlik folik turşusu ehtiyacının təxminən 60% -ni qarşılayır.
9. Alma
Alma, qırmızı soğan və brokoli antioksidant növü olan "quercetin" ilə zəngindir. Yaddaşı gücləndirən qidalar arasındadır. Brokoli eyni zamanda folik turşusu ilə zəngindir.
10. Pomidor
Likopen, pomidorda olan güclü bir antioksidantdır. Demansın inkişafına kömək edən sərbəst radikalların səbəb olduğu hüceyrə zərərini aradan qaldırır.
[xeberdarliq]