Unutqanlığın səbəbləri - Unutqanlığı aradan qaldırmağın 10 üsulu

Bir çox insan yaşlaşdıqca unutqanlıq problemi ilə üzləşir. Bəs unutqanlığın səbəbləri nədir? Bunun qarşısını alan qidalar hansılardır?

Xüsusilə orta yaşlardan tez-tez rast gəlinən unutqanlığın səbəbi nədir? Unutqanlığın həlli yolları hansılardır? Nevroloq Dr. Cansevər Yurdan unutqanlıqla bağlı sualları cavablandırıb.

Unutqanlıq müxtəlif problemlərə səbəb ola bilər. Əgər yaddaşınız get-gedə pozulursa, bu durumu ciddiyə alın.

Unutqanlığa nə səbəb olur? Yaddaş pozğunluğu düzgün qidalanmamaq nəticəsində də yarana bilər. Unutqanlıq necə keçir? Müxtəlif qidalardan istifadə etməklə bunun qarşısını almaq olar.

Gündəlik həyatda rastlaşdığımız yaddaş pozğunluqlarını normal qəbul edirik. Məsələn, pulqabını evdə qoymaq, xüsusi günləri unutmaq əsəbləri korlayır. Belə olaylar daha tez-tez təkrarlandıqda narahatlığa ciddi səbəb var. Ağla alzheimer və ona bənzər xəstəliklər gəlir. Unutqanlığın çox adi və sadə səbəbləri də mövcuddur. Unutqanlıq fərdi və sosial həyata təsir göstərir.

Bu məqaləmizdə yaddaş pozğunluğunun qarşısını almaq üçün nələrin edilə biləcəyini göstəemişik.

Unutqanlıq niyə yaranır?

Unutqanlıq nədən olur

Unutqanlığın səbəbləri arasında nevroloji və psixiatrik xəstəliklər də var. Bunların arasında ən çox bilinən mərkəzi sinir sisteminə təsir edən problemlərdir. Unutma xəstəlik olmadıqda da yaşana bilər. Yaddaşımızda olanları xatırlamağımızı çətinləşdirən məqamlar aşağıdakılardır:

  • Unutqanlıq xəstəliyinin səbəbləri arasında;

    - Mərkəzi sinir sistemini məhv edən bəzi xəstəliklər (məsələn, Parkinson xəstəliyi)
    baş xəsarətləri
    - Stress, depressiya, narahatlıq pozğunluqları kimi psixoloji amillər
    - Texnoloji cihazlarla həddindən artıq məşğul olmaq
    nizamsız yemək
    - Vitamin B12 və D vitamini kimi vitamin çatışmazlığı
    - Tiroid hormonlarının pozulması
    - Qarışıq xroniki xəstəliklər
    - yuxu pozğunluğu
    - Alkoqol və narkotik istifadəsi və s. sayıla bilən.

Bu faktorlar öyrəndiyimiz məlumatı xatırlamağı çətinləşdirir. Bundan əlavə içki, yuxusuzluq, depressiya kimi problemlər də əlavə oluna bilər.

Unutmağın xeyri də var

Bəzi məqamları unutmaq həmişə mənfi olay kimi qiymətləndirilmir. Əslində, arzuolunmaz hadisələri unutmaq unutqanlığın müsbət tərəfidir. Pis olayları unutmasaq həyatımız problemlərlə dolu olar. Bu baxımdan unutqanlıq əlverişlidir.

Unutqanlığı aradan qaldırmağın üsulları hansılardır?

Unutqanlığı aradan qaldırmağın bəzi üsulları var, onlar aşağıdakılardır.

1. Nə qədər üstündə dursan, bir o qədər çətin unudarsan

Bir şeyi yaddaşda saxlamaq üçün diqqət və konsentrasiyaya fikir vermək lazımdır. Bir şeyə nə qədər çox diqqət verilsə yaddaşda bir o qədər asan qalacaq və unudulmayacaq. Diqqəti dağıdan məqamlardan uzaq olmaq vacibdir. Bir şeyi öyrənərkən onun vacibliyini də yadda saxlamaq üçün enerjinizi toplayın.

2. Bənzətmə yolu ilə xatırlama üsulu

Yadda saxladığımız bir şeyi həyatımıza bağlı olan nəsnələrlə əlaqələndirərək xatırlanması asan hala gətirə bilərik. Məsələn, bir telefon nömrəsi əzbərləyərkən onu doğum gününüz, kredit kartınızın nömrəsi, evlilik tarixiniz kimi nömrələrdən istifadə etməklə daha dəqiq yadda saxlaya bilərsiniz.

Unutqanlığı aradan qaldıran qidalar hansılardır?

Unutqanlığa yaxşı təsir edən qidalar əsasən omeqa yağları, vitaminlər və karbohidratlarla zəngindir. Həmin qidalar aşağıdakılardır.

1. Yemişan

Yemişan

Mütəxəssislər bu bitkinin yaşla bağlı yaddaş pozğunluğunu aradan qaldırdığıni bildirirlər. Davamı olaraq yemişandan istifadə etmək öyrənmə həcmini artırır. Yaddaşı gücləndirmək üçün gündə bir ovuc yemişan yeyin.

2. Dəniz balıqları

Dəniz balıqları

Omeqa 3 yağları ilə zəngin ton, somon kimi balıqlar unutqanlığa yaxşı təsir göstərir. Protein qaynağı olan bu balıqlar ümumi sağlamlıq baxımından da faydalıdır. Həftədə 2-3 dəfə balıq yemək yaddaşı gücləndirir.

3. Quru meyvələr

Quru meyvələr

E vitamini ilə zəngin olan quru meyvələr unutqanlıqla mübarizədə effektli qidadır. Qoz, fındıq, badam, iydə kimi meyvələrdən gündə bir ovuc yemək yaddaşın qorunmasına kömək edir.


4. Dənli bitkilər

Dənli bitkilər

Beynin digər orqanlar üçün davamlı oksigen almaq üçün qan axınına ehtiyacı var. Yulaf əzməsi, buğda çörəyi və oxşar digər qidalar xolesterolu aşağı salaraq damar tutulmasının qarşısını alır. Ağ çörəyi buğdayı çörəklə əvəzləmək yaddaşın qorunması baxımından əhəmiyyətlidir.

5. Nar şirəsi

Nar şirəsi

Antioksidantla zəngin olan nar şirəsi orqanizmə mənfi təsir edən sərbəst radikallarla mübarizədə yaxşı təsirə malikdir. Portağal, çiyələk, qreyfurt kimi meyvələr də beyin hüceyrələrini qoruyur. Nar suyu tur olarsa suyla qarışdırıb içə bilərsiniz.

6. Yaşıl çay

Yaşıl çay

Qəhvənin yarısı qədər kofein tərkibi olan yaşıl çay konsentrasiyanı artırır, ruh halını yuxarı qaldırır və unutqanlığa yaxşı təsir göstərir. Beyin və digər orqanları qoruyan yaşıl çay təzə dəmlənməlidir. Kimyəvi maddələrlə bol olan yaşıl çay isə zərərlidir. Yaşıl çayı dəmləyib isti və ya soyuq halda içə bilərsiniz.

7. Qara şokolad

Qara şokolad

Qara şokolad yaddaşın möhkəmliyi üçün əvəzolunmaz qidadır. Tərkibindəki kofein konsentrasiyanı artırır və enerji verir. Lakin 50-70% arasında kakaosu olan şokoladlardan istifadə etmək lazımdır. Çox istifadə etmək zərərlidir. Gündə 10-15 qram şokolad yemək lazımdır.

8. İspanaq

İspanaq

Folik asit və mineralla zəngin ispanaq unutqanlığı aradan qaldırmaqda faydalıdır. Folik asit alzheimer xəstəliyindən qorunmaq və yaşla bağlı unutqanlığın müalicəsi üçün mühüm vitamindir. 1 kasa çiy ispanaq günlük folik asit ehtiyacının 60%-ni ödəyir.

9. Alma

Alma

Antioksidant növü olan "quercetin" baxİmından zəngin olan alma, qırmızı soğan və brokolli yaddaşı inkişaf etdirmək üçün vacibdir. Brokolli həmçinin folik asit üçün ideal qaynaqdır.

10. Pomidor

Pomidor

Likopen pomidorda yer alan güclü antioksidantdır və xüsusilə sərbəst radikalların səbəb olduğu hüceyrə təxribatını əngəlləyir.

Məqalənin davamı olaraq:

[xeberdarliq]

Yazar: İlk yazar