Vərəm xəstəliyi nədir? Vərəm xəstəliyinin əlamətləri nədir?

Vərəm xəstəliyi, yəni tibbi adıyla desək, tuberkulyoz (TB) bir şəxsdən digərinə hava yolu ilə keçən yoluxucu ağciyər xəstəliyidir. Vərəm xəstəliyinə Mycobacterium Tuberculosis adlı bakteriyalar səbəb olur.

Vərəmin səbəbi nədir? Vərəm necə yayılır?

Vərəmin səbəbi nədir

Vərəm, yəni ağciyər tuberkulyozu havaya atılan mikroskopik damcılar yolu ilə insandan insana keçən bakteriyalardan qaynaqlanır.

Bir insan bu mikroblardan bir neçəsini udsa, yoluxmaq riski yüksəkdir. Tuberkulyoz yoluxucu olmasına baxmayaraq, asanlıqla yayılan xəstəlik deyil. Yad bir adamdan vərəm tutmaq çətindir, daha çox birlikdə yaşadığın insana keçir.

Vərəmə yoluxma və ölümlərin 95% -dən çoxu inkişaf etməkdə olan ölkələrdə baş verir. Ancaq inkişaf etmiş ölkələrdə bir vaxtlar nadir hallarda görülən vərəm infeksiyası, 1985-ci ildən bəri qismən AİDS-ə səbəb olan HİV-in ortaya çıxması səbəbindən geniş yayılmağa başlayıb.

Bir insanda aktiv vərəm meydana gəldikdə, xəstəliyin öskürək, qızdırma, gecə tərləmə və ya kilo itkisi kimi əlamətləri və simptomları yalnız aylar ərzində aşağı səviyyədə görülə bilər.

Aktiv vərəm xəstəliyi olan insanlar bir il ərzində 5-15 nəfəri yoluxdura bilərlər. Ən azı iki həftə ərzində müvafiq dərman qəbul edən aktiv vərəm xəstələrinin əksəriyyəti artıq yoluxucu deyillər.

Vərəm daha çox yetkin insanlara təsir göstərir. Bununla birlikdə, bütün yaş qrupları risk altındadır. İmmun sistemi zəif olan insanlar, qidalanma və ya şəkərli diabet xəstələri, eləcə də tütündən istifadə edən insanlar vərəmə yoluxa bilərlər.

Simptomlar

Vərəm xəstəliyi Simptomları

İnsan bədəni vərəmə səbəb olan bakteriyaları saxlasa da, immun sistemi xəstələnmənin qarşısını alır. Buna görə mütəxəssislər vərəmin aktiv vəziyyətinə əsasən bir fərq qoyurlar.

Latent, yəni gizli vərəm xəstəliyi zamanı insanda ərəm bakteriyasından qaynaqlanan infeksiya olur. Ancaq bakteriyalar bədəndə hərəkətsiz vəziyyətdə qalır və əlamət və simptomlara səbəb olmur.

Gizli vərəm, yəni TB infeksiyası yoluxucu deyil. Lakin vaxt keçdikcə gizli vərəmdən aktiv vərəm xəstəliyinə keçə bilər. Bu səbəbdən, gizli vərəm xəstələri vərəmin yayılmasına nəzarət etmək üçün müalicə almalıdırlar.

Tədqiqatlar nəticəsində əldə edilən təxminlərə görə, dünyada təxminən 2 milyard insanda gizli vərəm xəstəliyi var

Aktiv vərəm zamanı TB bakteriyaları yoluxdurduqları şəxsin xəstələnməyinə səbəb olurlar. Bu insanlar xəstəliyi ətrafdakılara da yaya bilərlər.

Aktiv vərəm xəstəliyinin əlamətləri və simptomları arasında üç həftədən çox davam edən öskürək, qanlı öskürək, sinə ağrısı, nəfəs alarkən ağrı, öskürək zamanı ağrı, yorğunluq, qızdırma, gecə tərləmək, iştahsızlıq, arıqlamaq kimi əlamətlər var.

Müalicə edilmədən vərəm ölümlə nəticələnə bilər. Müalicə olunmayan aktiv vərəm xəstəliyi ağciyərlərə təsir edir, qan dövranına düşərsə, böyrəklər, onurğa və beyin kimi bədənin digər hissələrinə yayıla bilər. Yoluxmuş orqandan asılı olaraq fərqli əlamətlər və simptomlar meydana çıxır.

Onurğa tuberkulyozu bel ağrısına və sərtliyə səbəb ola bilər. Tuberkulyoz artrit əsasən bud və dizlərə təsir edir və oynaq zədələnməsinə səbəb olur.

Beyinə çatan tuberkulyoz bakteriyaları meningitə və ya beyni əhatə edən membranın şişməsinə səbəb ola bilər. Bu, həftələrlə davam edən fasiləli və ya davamlı bir baş ağrısına səbəb ola bilər.

Böyrək tuberkulyozu sidikdə qan əmələ gətirə bilər. Böyrəklər kimi, qaraciyər də tullantıları və çirkləri qan dövranından təmizləməyə kömək edir və vərəmdən təsirlənsə, bu funksiyası pozulur.

Vərəm riski kimlərdə daha yüksəkdir?

Vərəm riski kimlərdə daha yüksəkdir

Sağlam bir immun sistemi normal olaraq vərəm bakteriyaları ilə uğurla mübarizə aparır, ancaq fərdin immuniteti zəifdirsə, müdafiə zəifləyir.

Həddindən artıq alkoqoltütün istifadəsi immun sistemini zəiflətdiyindən, vərəmdən ölmək təhlükəsini də artırır.

Vərəmin geniş yayıldığı müəyyən bölgələrə səyahət və ya orada yaşamaq vərəm xəstəliyinə tutulma riskini artırır. Bu bölgələrə Afrika, Asiya, Şərqi Avropa, Karib Adaları, Cənubi Amerika və Rusiya daxildir.

Səhiyyə işçiləri bu bakteriyalara daha çox məruz qalırlar, xüsusən də xəstə olan insanlarla mütəmadi təmasda olduqları üçün. Maska taxmaq və mütəmadi olaraq əlləri yumaq yoluxma riskini azaldır.

Vərəm xəstəliyinin yayılmasının qarşısını necə almaq olar?

Tuberkulyoz nədir

Vərəm xəstəliyinə daha çox rast gəlinən ölkələrdə uşaqlar şiddətli vərəmin qarşısını ala biləcəyi üçün Calmette-Guerin (BCG) basillusu, yəni vərəm peyvəndi ilə vaksinasiya olunur. Bundan əlavə, BCGn peyvəndindən istifadə olunur.

BCG peyvəndi uşaqlara bir dəfə vurulur. 6 yaşından sonra bu peyvənd tövsiyə olunmur, çünki yaş artıqca təsirini itirir.

Aktiv vərəm xəstəliyi vəziyyətində xəstəliyin yoluxuculuğu vərəm dərmanlarının istifadəsinə başladıqdan sonra bir neçə həftə ərzində keçir. Fərdlər ailələrinin və dostlarının xəstələnməməsi üçün bir neçə sadə tədbir ala bilərlər.

Vərəmin yayılmasının qarşısını almaq üçün görüləcək tədbirlərdən birincisi evdə qalmaqdır. Həkimin tövsiyə etdiyi müddətdə işə, məktəbə gedilməməli və başqaları ilə bir otaqda yatılmamalıdır.

Otaqlar havalandırılmalıdır. Vərəm mikrobları öz-özünə hərəkət edə bilmir, bu səbəbdən havanın çox hərəkət etmədiyi kiçik qapalı yerlərdə daha asan yayılır.

Çirkli dəsmalları bir torbya qoymaq, ağzını bağlayıb atmq lazımdır. Müalicənin ilk üç həftəsində başqalarının yanında olarkən cərrahi maska taxmaq yoluxma riskini azaltmağa kömək edə bilər. Bütün dərmanları tam qəbul etmək, bir insanın özünü və digərlərini vərəm xəstəliyindən qorumaq üçün ata biləcəyi ən vacib addımdır.

Dərmanlara davamlı vərəm nədir?

Dərmanlara davamlı vərəm nədir

Vərəmin bu gün də öz əhəmiyyətini qorumasının əsas səbəbi bakteriyaların dərmana davamlı suşlarının, yəni alt növlərinin artmasıdır. İlk antibiotiklərdən bəziləri vərəmin müalicəsi üçün hazırlanıb. 1920-ci illərin əvvəllərində inkişaf etdirilən və İkinci Dünya Müharibəsindən sonra geniş istifadə olunan antibiotiklər xəstəliklə mübarizədə davamlı olaraq istifadə edilir.

Dərmana davamlı tuberkulyoz suşları bədənə verilən bir antibiotik hədəf aldığı bütün bakteriyaları məhv edə bilmədikdə meydana gəlir. Yaşayan bakteriyalar ilk növbədə sözügedən dərmana və çox vaxt digər antibiotiklərə qarşı davamlı olurlar.

Vərəm xəstəliyinə necə diaqnoz qoyulur?

Vərəm xəstəliyinə necə diaqnoz qoyulur

Vərəm diaqnozu təyin etmək üçün həkim tərəfindən aparılan fiziki müayinə zamanı limfa düyünlərinin şişkinliyi yoxlanılır və nəfəs alarkən stetoskopun köməyi ilə ağciyər səsləri diqqətlə dinlənilir. Tuberkulyaz üçün qan testləri hazırda geniş yayılsa da, vərəm üçün ən çox istifadə edilən diaqnostik vasitə Tuberculin dəri testi adlanan sadə bir dəri testidir, yəni PPD testi.

48 - 72 saat ərzində qoldakı injeksiya bölgəsində şişmə olub-olmadığı yoxlanılır. Sərt və qabarıq şiş vərəm riskindən xəbər verir. Şişlər xəstəliyin nə qədər ciddi ola biləcəyini göstərir.

Gizli və ya aktiv vərəm xəstəliyinin olub-olmadığını yoxlamaq üçün qan testləri edilə bilər. Bu testlər immun sisteminin vərəm bakteriyalarına reaksiyasını ölçmək üçün inkişaf etmiş bir texnologiyadan yararlanır.

Müayinələr müsbət olduqda, həkim sinə rentgenoqrafiyası və ya kompüter tomoqrafiyası (BT) müayinəsi təyin edə bilər. Ağciyərlərdə immunitet sistemi və vərəm bakteriyalarının toqquşduğu yerlər ağ ləkələr kimi görünə bilər və ya aktiv vərəmin səbəb olduğu ağciyərlərdə dəyişikliklər müşahidə edilə bilər.

Vərəm necə müalicə olunur?

Vərəm necə müalicə olunur?

Əsas müalicə dərmanla aparılır. Lakin vərəmin müalicəsi digər bakterial infeksiyaların müalicəsindən çox uzun çəkir.

Üstəlik, bu gün vərəmə səbəb olan çox sayda bakteriya növü, xəstəliyi müalicə etmək üçün ən çox istifadə edilən dərmanlara qarşı müqavimət göstərir. Vərəm xəstələri infeksiyanı aradan qaldırmaq üçün altı ilə doqquz ay ərzində bir neçə növ dərman qəbul etməlidirlər.

Bu dərmanlar və müalicə müddəti fərdin yaşına, ümumi sağlamlığına, bakteriyaların mümkün müqavimətinə, xəstəliyin mərhələsinə və infeksiyanın bədəndə yerləşməsinə bağlıdır.

Vərəmə qarşı olan dərmanlar izoniazid, pirazinamid, rifampisin və etambutoldur. Bundan əlavə, dərmana davamlı vərəm xəstəliklərində amikasin, kapromisin və florokinolon qrupu antibiotikləri istifadə olunur.

Vərəm dərmanlarının yan təsirləri hansılardır?

Tuberkulyoz dərmanlarının ciddi yan təsirləri yoxdur. Ancaq meydana gəldikdə təhlükəli ola bilər. Bütün vərəm dərmanları qaraciyər üçün yüksək dərəcədə toksikdir.

Bu dərmanları istifadə edənlər ürək bulanması və ya qusma, iştahsızlıq, dərinin rənginin dəyişməsi (sarılıq), üç gündən uzun müddət davam edən səbəbsiz qızdırma kimi bir və ya bir neçə əlamət və simptomla qarşılaşdıqda dərhal həkimləri ilə əlaqə saxlamalıdırlar.

Vərəmin müalicəsinin tamamlanmasının həyti əhəmiyyəti

Vərəmin müalicəsi

Müalicəyə başladıqdan bir neçə həftə sonra vərəm xəstəliyi yoluxuculığını itirir və fərd özünü daha yaxşı hiss edir. Ancaq müalicə prosesi axıradək davam etməlidir.

Müalicəni erkən dayandırmaq bakteriyaların bu dərmanlara qarşı davamlı olmasına səbəb ola bilər və nəticədə müalicəsi çox daha təhlükəli və daha çətin bir vərəm xəstəliyinə gətirib çıxarar.

İnsanların müalicələrini davam etdirmələrinə kömək etmək üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Doğrudan müşahidə olunan müalicə (DGT) adlı proqram tövsiyə olunur.

DGT əsnasında zamanı vərəmdən əziyyət çəkən insanlar gündəlik dərmanlarını DGT nəzarətçisinin iştirakı ilə içirlər. Bu proqramın sonunda müvafiq forma şəxs və nəzarətçi tərəfindən doldurulur və imzalanır.

Bu şəkildə DGT nəzarətçisi xəstənin müalicəyə uyğunluğunu dəstəkləyir. Xəstənin dərmanlarını istifadə etmədiyi günlər də qeyd olunur və müvafiq bölmələrə bildirilir, lakin belə bir vəziyyətdə bitməmiş müalicənin daha ciddi problemlərə səbəb olacağını unutmamalıyıq. DGT, dünyanın bir çox ölkəsində vərəm müalicəsində uğurla tətbiq olunan bir üsuldur.

Yazar: İlk yazar