Xanıma alına biləcək ən gözəl sevgililər günü hədiyyə fikirləri
Sevgililər Günü, hər il 14 Fevral günü bir çox ölkədə qeyd olunur. Ölkəmizdə də sevgililər bu günü xüsusi qeyd edir.
Həmin gün sevgililərin bir-birinə hədiyyələr aldığı, kartlar göndərdiyi xüsusi bir gün kimi davam edir. Proqnozlara görə, 14 Fevral günü bütün dünyada 1 milyard ətrafında kart göndərilir. Bununla yanaşı hədiyyə satışları artmaqdadır.
Bu yazımızda biz araşdırma apardıq və istədik ki, sizə hədiyyə almaqda yardımcı olaq. Xanımların zövqlərinə görə necə hədiyyə bəyəndiklərini araşdırdıq və həmin hədiyyələri sizin üçün paylaşırıq.
Sevgilinizə almaq üçün ən yaxşı hədiyyə fikirləri 2021
1. Brilliant qızıl ürək formalı üzük
Ürək formalı dizaynı ilə başqa bir şey söyləmədən sevgilinizə hisslərinizi ən zərif şəkildə ifadə edə bilərsiniz!
2. Qızıl və ya gümüş boyunbağı
Boyunbağının üzərinə "Aşkım" vəya "Sevgilim" yazısı da yazdıra bilərsiniz.
3. Təkdaş üzük
İstənilən qızın ürəyinə yol tapan sirr!
4. Sehirli çaşqa
Üzərində adlarınız və ya şəkiliniz olan çaşqa romantik bir hədiyyə ola bilər.
5. Saat
Üzərində şəkliniz olan ürək formalı bir saat hədiyyə edə bilərsiniz.
6. Telefon kabrosu
Əgər sevgiliniz telefonuna bağlıdırsa ona telefonuna uyğun, sevginizi tərənnüm edəcək dizaynda kabro ala bilərsiniz.
7. Çərçivə
Qumda "Səni sevirəm" yazılı bir şəkil çərçivəsi hədiyyə etsəniz çox romantik olacağından şübhəniz olmasın.
8. Ətir
Sevgililər günü sevdiyiniz xanıma ətir hədiyyə edə bilərsiniz. Sevgilinizin bəyəndiyi ətri öncədən araşdırmağı unutmayın.
Sizə maraqlı olacağını düşündük:
- Kişilər üçün ən dəyərli 5 hədiyyə
- Sevdiyiniz xanımı dəyərli hiss etdirəcək 5 "Qızıl hədiyyəsi" fikri
- Ən kreativ hədiyyələr - fərqli hədiyyə sifariş verə biləcəyiniz instagram səhifələri