Yay aylarında sevə-sevə istifadə edəcəyiniz qatıqlı salat reseptləri
Qatıq süfrələrimizin əvəzolunmaz təamlarından biridir. Yüksək qida dəyəri ilə yanaşı, aşağı kalorili olması səbəbindən formasını qorumaq istəyənlərin ilk seçimləri arasında yer alır. İsti yay günlərində süfrələrinizi faydalı və yüngül yemək alternativləri ilə zənginləşdirmək istəyirsinizsə, qatıqla hazırlaya biləcəyiniz ləzzətli salat reseptlərimizi nəzərdən keçirə bilərsiniz.
Qatıqlı noxud salatı
Tərkibi:
● 1 kasa qaynadılmış noxud
● 1 kasa qatıq
● 1 ədəd təzə soğan
● şüyüd
● 2 cəfəri
● 1 xörək qaşığı zeytun yağı
● 1 xörək qaşığı limon suyu
● duz
● qara bibər
Hazırlanması
Soğan, şüyüd və cəfərini yuyub xırda-xırda doğrayın. Böyük bir qabda qatığı zeytun yağı, limon suyu, duz və istiot ilə çalın. Qaba qaynadılmış noxud və cəfəri əlavə edib yaxşıca qarışdırın. Soğan və şüyüdlə bəzəyib süfrəyə qoyun.
Qatıqlı avokado salatı
Tərkibi:
● 1 ədə yetişmiş avokado
● 4 xörək qaşığı qatıq
● 1 diş əzilmiş sarımsaq
● cəfəri
● 1 xörək qaşığı limon suyu
● 1 xörək qaşığı zeytun yağı
● duz
Hazırlanması
Avokadonu yuyun, yarıya bölün və dənəsini çıxarın.
Qabıqlarını soyub bir qaba qoyaraq çəngəl ilə əzin.
Cəfərini yuyub xırda-xırda doğrayın.
Ayrı bir qabda qatığı yaxşıca çalın.
Avokadoya çalınmış qatığı, əzilmiş sarımsağı, cəfərini, limon suyunu, zeytun yağını və duzu əlavə edib yaxşıca qarışdırın. Salatı bir neçə cəfəri yarpağı ilə bəzəyib süfrəyə verin.
Qatıqlı kahı salatı
Tərkibi:
● 10 ədəd kahı yarpağı
● 2 xiyar
● 4 xörək qaşığı konservləşdirilmiş qarğıdalı
● şüyüd
● 1,5 stəkan qatıq
● 1 diş əzilmiş sarımsaq
● 1 xörək qaşığı zeytun yağı
● duz
Hazırlanması
Kahı yarpaqlarını, xiyarları və şüyüdləri yuyun.
Kahı və şüyüdü xırda-xırda doğrayın.
Xiyarları soyun və kub formasında doğrayın.
Böyük bir qabda qatığı, əzilmiş sarımsağı və duzu qaşıqla çalın.
Kahı, xiyar, qarğıdalı və şüyüd əlavə edib ehmalca qarışdırın.
Salatı zeytun yağı ilə bəzəyib süfrəyə verin.
Qatıqlı kartof salatı
Tərkibi:
● 1 kq orta ölçülü kartof
● 1 kasa qatıq
● yarım ədəd qırmızı soğan
● 1 diş əzilmiş sarımsaq
● 1 xörək qaşığı zeytun yağı
● 1 xörək qaşığı limon suyu
● duz
● qara bibər
● şüyüd
● üyüdülmüş qırmızı bibər
Hazırlanması
Kartofları qaynadın və soyumağını gözləyin.
Qırmızı soğanı xırda-xırda doğrayın.
Böyük bir qabda qatıq, zeytun yağı, limon suyu, duz və istiotu qarışdırın.
Kartofların qabığını soyub kub formasında doğrayın.
Kartofları və soğanı qatıqlı souz hazırladığınız qaba əlavə edərək qarışdırın.
Salatı şüyüd və qırmızı üyüdülmüş bibərlə bəzəyib süfrəyə verin.
Qatıqlı qırmızı meyvə salatı
Tərkibi:
● 1 kasa qatıq
● 2 xörək qaşığı süd
● 250 qram çiyələk
● 1 stəkan böyürtkən
● yarım stəkan moruq
● Yarım stəkan qaragilə
● 1 xörək qaşığı bal
● 1 çay qaşığı vanil
● balqabaq toxumu
● təzə nanə
Hazırlanması
Meyvələri yuyun.
Çiyələkləri gövdəsini və yarpaqlarını təmizlədikdən sonra iki yerə bölün.
Salatı bəzəmək üçün hər meyvədən bir neçə parça ayırın.
Böyük bir qabda qatıq, süd, vanil və balı qarışdırın.
Meyvələri qaba əlavə edin və yumşaq formada qarışdırın ki, dağılmasın.
Meyvələr, balqabaq tumları və təzə nanə ilə bəzəyərək süfrəyə verin.