"Yox" deyə bilməmək enerjini azaldır
Enerjini azaldan davranışların önündə qarşı tərəfi üzməmək üçün "yox" deyə bilməmək dayanır. Pandemiya dövründə ürək-damar xəstəliklərinə təsir etdiyinə diqqət çəkən mütəxəssislər ürək sağlamlığı üçün ən vacib faktorun həyat şərtləri olduğunu bildirirlər. Doğru nəfəs məşqləri, insanlarla əlaqə yaratmaq və ev heyvanı saxlamaq tövsiyə olunur.
Uzman kliniki psixoloq Cemre Ece Gökpınar günə daha motivasiyalı başlamağa mane olan əngəlləri dilə gətirib.
Şəxsi qavramalar enerjini azaldır
Mütəxəssis yaxşı psixologiyaya sahib olmaq və enerjini yüksəltmək üçün gündəlik həyatda edilən funksional olmayan məqamların fərq edilməli olduğunu söyləyib:
"Enerjini azaldan davranışların önündə qarşı tərəfi üzməmək üçün "yox" deyə bilməmək dayanır. Bu durum insanda var olan enerjinin tükənməsinə səbəb olur. Bəzi digər məqamlar da enerji itkisinə gətirib çıxarır. Məsələn, işə gedərkən bir insana "Sabahınız xeyir" deməyə baxmayaraq həmin insanın buna cavab verməməsi. Norma olmayan yuxu, qeyri-sağlam qidalanma, az su içmək də enerjini azaldır.
Dəyişilməz vəziyyətlər olduğu kimi qəbul edilməlidir
Keçmişə qayıdıb dəyişdirilməsi mümkün olmayan şeyləri düşünməyin də eneri azalmasına səbəb olduğunu bildirən Gökpınar bunları əlavə edib:
"Enerjini azaldan bəzi durumlar var. Məsələn, işdəki dostlarla bir layihə üzərində çalışarkən bir çox insanın istəyinə "yox" deyə bilməmək duyğusu yeni hədəflərə olan istəyin itirilməsinə gətirib çıxarır. Dəyişə bilmədiklərimizlə barışmağımız ən doğru yol olacaq".
Dəyişilməz vəziyyətlər olduğu kimi qəbul edilməlidir Keçmişə qayıdıb dəyişdirilməsi mümkün olmayan şeyləri düşünməyin də eneri azalmasına səbəb olduğunu bildirən Gökpınar bunları əlavə edib:
"Enerjini azaldan bəzi durumlar var. Məsələn, işdəki dostlarla bir layihə üzərində çalışarkən bir çox insanın istəyinə "yox" deyə bilməmək duyğusu yeni hədəflərə olan istəyin itirilməsinə gətirib çıxarır. Dəyişə bilmədiklərimizlə barışmağımız ən doğru yol olacaq".
Düzgün nəfəs məşqləri mənfi təsirləri azaldır
Düzgün nəfəs məşqlərin olduqca vacib olduğunu söyləyən Cemre Ece Gökpınar "Digər insanları məmnun etmək üçün bir çox şey edilsədə, şəxsin özünə "Enerjimi və özümü oşbəxt etmək üçün nələr edirəm?" sualını verməsi gərəkdir. Ağla gələn düşüncələrlə mübarizə aparmaq əhəmiyyətsizdir. Motivasiya bəzən uzun müddətli hədəflərdə daha asan itirilir. Bu hədəflərə kiçik addımlarla və qıs müddətli hədəfləri tamamlayaraq çatmaq hər zaman motivasiyanı və enerjini güclü saxlayacaq" - deyə vurğulayıb.
Ev heyvanları saxlamaq enerjini artırır
"Xüsusən karantin dövründə telefonla danışmaq enerjini gün ərzində yüksək saxlayır. Bundan əlavə, ev heyvanı saxlamaq insan psixologiyasına müsbət təsir edir və onun enerjisinin artmasına səbəb olur" - deyə mütəxəssis qeyd edib.