Yuxuda çörək görmək nə anlama gəlir?

Yuxuda çörək görmək gözəl günlərə işarədir. Zənginlikdən, fərqli həyatdan xəbər verir. Yuxu təfsirçilərinə görə, yuxuda çörək görən insanın işləri həmişə yaxşı gedər. Bu o deməkdir ki, yuxusa hibinin ətrafında həmişə onu dəstəkləyən və həmişə arxasında duran insanlar olacaq.

Yuxuda kifli çörək görmək

Yuxu sahibinin kiçik problem və stress yaşayacağı deməkdir. Qohumları ilə mübahisə edəcək. Buna görə bir müddət narahat olacaq. Yuxu sahibi gələcək fürsətlərdən yaxşı istifadə etməli və atdığı addımları düzgün seçməlidir.

Yuxuda itə çörək vermək

Yuxu sahibinin mübahisəli bir mühitdə yaşayacağını və çətinlik çəkəcəyini ifadə edir. Yuxuda itə çörək vermək yuxu sahibinin həyatında yer alan pis insanları əks etdirir.

Yuxuda çörək kəsmək

Yuxuda çörək görmək nə anlama gəlir?

Çörək yaxşı əlamətdir. Yuxuda görülən çörək bir istəyin qısa müddətdə reallaşması və arzunun gerçəkləşməsi deməkdir. Yuxuda çörək kəsmək çox çətin bir vəziyyətin aradan qalxacağı və rahatlıq tapılacağı anlamına gəlir.

Yuxuda çörək aldığını görmək

Yuxu sahibinin iş həyatında uğur qazanacağına işarədir. Çoxlu pul və rahat həyat kimi yozulur.

Yuxuda çörək yemək

Halal qazancı ifadə edir. Yuxuda çörək yemək yuxu sahibi subaydırsa evlənəcəyinə və xoşbəxt olacağına dəlalət edir.

Yuxuda çörək bişirmək

Yuxuda çörək görmək nə anlama gəlir?

Yuxu sahibinin yüksək bir vəzifəyə yüksələcəyindən xəbər verir. Həmçinin, ma-mülk sahibi olmaq kimi təfsir edilir.

Yuxuda çörək vermək

Şad xəbər alınacağına işarədir. Yuxuda çörək vermək xəstəlikdən sağalmaq mənasını verir. Yuxuda tanımadığın birinə çörək vermək isə çoxlu pul qazanmaq əlamətidir.

Yuxuda təzə çörək görmək

Yuxuda çörək görmək nə anlama gəlir?

Yuxu sahibinin həyatında xoş və gözəl şeylərin olacağını göstərir. Yuxuda çoxlu çörəyi ətrafdakı insanlara paylamaq həyatın bolluq içində keçəcəyini bildirir.

Yuxuda ağ çörək bişirmək

Yuxu sahibinin maddi qazancının artması və yüksəlməsi kimi yozulur. Yuxuda ağ çörək bişirmək iş həyatındakı uğurlara dəlalət edir.

Yuxuda qara çörək bişirmək

Yuxu sahibinin şərə məruz qalacağını əks etdirir. Harama əl atmaq və ziyan görmək kimi də təfsir olunur.

Yuxuda çörək qırıntısı görmək

Yuxuda çörək görmək nə anlama gəlir?

Kiçik problemlərin ortaya çıxacağına işarədir. Yuxuda çörək qırıntısı görmək yuxu sahibinin müxtəlif problemlərlə qarşılaşacağından xəbər verir.

Yuxuda çörək qızartmaq

Bir insana faydalı olmaq, onu xoşbəxt etmək mənasını verir. Yuxuda çörək qızartmaq ruzi-bərəkətə dəlalət edir.

Yuxuda çörək atmaq

Yuxuda kiməsə çörək atdığınızı görürsənsə, deməli, bir insana yaxşılıq etmisən və o da sənə dua edir. Yaxud qohumlarından birinə verdiyin sədəqə həmin şəxsin danıa çatıb, onu sevindirib.

Yuxuda çörək oğurlamaq

Yaxşı əlamət sayılmır. Yuxuda çörək oğurlamaq yuxu sahibinin real həyatda bəlaya düşəcəyini və bu bəlanın uzun müddət onun həyatından çıxamayacağını göstərir.

Yuxuda boyat çörək görmək

Yuxu sahibinin gecikmiş fürsətə təəssüflənəcəyinə işarədir. O, aza qənaət etməyərək əlindəkiləri də itirəcək.

Yuxuda quşlara çörək atmaq

Yuxu sahibinin gələcəkdə ticarət qazancının artacağını göstərir. Həmçinin, yuxu sahibinin işlərinə görə ailəsindən uzun müddət ayrı qalacağı kimi yozulur.

Yuxuda çörək satmaq

Başqalarına iş vermək üçün kifayət qədər maddi təminata sahib olmağı ifadə edir.

Yuxuda yoxsul birinə çörək vermək

Yuxu sahibinin mənəviyyatının zənginləşəcəyi, darlıq görməyəcəyi, qəza-bəladan uzaq olacağı, savab qazanacağı anlamını verir.

Yuxuda birindən çörək istəmək

Yuxuda çörək görmək nə anlama gəlir?

Yuxu sahibinin təmiz niyyətlə edilən bir işdə qarşı tərəfin vicdansızlığı ilə qarşılaşacağından xəbər verir.

Yuxuda çörəyi zibil qutusuna atmaq

Yuxu sahibinin günah edə biləcəyini və imanının zəiflədiyini göstərir. Yuxuda çörəyi zibil qutusuna atmaq yuxu sahibinin onu xəbərdar edənlərdən üz döndərəcəyinə işarədir.

Yuxuda zibillikdən çörək yığmaq

Yuxu sahibinin imkanlarından istifadə edərək həyat şəraitini yaxşılaşdıracağına dəlalət edir.

Yuxuda çörək maşını görmək

Bu yuxu ikinci bir işə girmək, əldəki imkanları artırmaq üçün hərəkətə keçmək, qızıl və ya xarici valyuta kimi investisiyalar qoymaq kimi yozulur.

Yazar: İlk yazar