Ziyil nədən yaranır və necə müalicə olunur?
Dəridə, bədənin müxtəlif hissələrində yayılan ziyillər əhali arasında ən geniş yayılan dəri problemlərindən biridir. Çox zaman əhəmiyyət verilməyən ziyillər illərlə mövcud olur, bəzənsə qəflətən itə bilir. Bir çoxları isə ziyilləri ənənəvi üsullarla “müalicə etməyə” çaılışırlar.
Ziyil dəridə HPV virusunun əmələ gətirdiyi xoşxassəli şişdir və dərinin bütün nahiyələrində əmələ gələ bilər, əvvəlcə nöqtə boyda olur və tədricən böyüyür. Ən çox 10-20 yaşarası təsadüf edilir və həmin yaşda olanların 10 faizində ziyil əmələ gəlir.
Bəs ziyil nədir və ona münasibət necə olmalıdır?
Bununla bağlı dermatoneveroloq, uzman həkim Mehdi İskəndərlinin fikirlərini təqdim edirik:
Virusun dərinin dərin təbəqələrinə keçməsi travmalar nəticəsində mümkün olur. Ona görə də ziyil əsasən təzyiqə məruz qalan və qaşınan yerlərdə çıxır. Həddindən artıq manikür və dırnaq yemək ziyilin əmələ gəlməsini asanlaşdırır. Ayaq ziyilləri əsasən hamam və hovuzda yoluxur
Uşaqlarda ziyillər əsasən əl barmağının uclarında, dırnaq ətrafında və ayaqların altında yaranır. Eyni nahiyyələrdə ziyillər böyüklərdə də meydana gəlir. Həm qadınlarda, həm də böyüklərdə ziyillər cinsiyyət bölgəsində yəni genital bölgədə meydana gələ bilər. Bu cür ziyillər cinsi yolla keçən dəri xəstəlikləri qrupuna aid edilir. Onlara papilloma da deyilir. Lakin, papilloma termini umumi bir termindir. Papilloma tərzində meydana gələ dəri törəməsi çoxdur. Ət xalları da papilloma tərzində özünü göstərir. Lakin ziyillərdən fərqli olaraq ət xalı virus mənşəli deyil. Buna görə də ziyilərin müalicəsi ilə ət xallarının müalicəsi bir qədər fərqlənə bilər.
Ziyilin müalicəsində rus xalq təbabətində təsirli bir vasitədən istifadə edirlər. Bu, sirkə turşusudur. Ondan göz pipeti ilə bir damcı ziyilin üstünə tökmək kifayətdir. Ancaq bir damcı, artıq məsləhət görülmür. Müalicə bir neçə günlükdür.Ziyilləri müalicəsi çox mürəkkəb bir prosesdir. Burada standart bir prosedur qaydası yoxdur. Ziyillərin müalicəsi xəstənin yaşından, ziyillərin sayından, klinik formasından, ölçüsündən, yerləşdiyi nahiyyədən və s. kimi parametirlərdən asıldır. Ona görə ziyillərin ləğvi və üsulu xəstə müayinəsindən sonra seçilir. Ziyillərin ləğvi əsasən yandırılma üsulu ilə aparılır. Yandırılma üsulunun isə çox növü vardır. Kimyəvi maddələrlə yandırmaq yəni losionlar və məhlularla ziyillərin yandırılması əsasən uşaqlarda istifadə edilir. Böyüklərdə isə ziyillərin ləğvi maye azot və ya krioterapiya üsulu aparılır. Genital bölgənin papillomalarını maye azotla yandırılması məqsədəuğyğundur. Krioterapiya üsulu ağrısız və təhlükəsiz üsul hesab edilir. Prosedurdan öncə ziyillərin lokal anesteziyasına belə ehtiyac duyulmur. Proses qısa çəkir. Ziyillərin müalicəsi üçün bəzən kremlərdən də istifadə edilir. Lakin daxilə tabletlər, iynələr, sistem qoşulması demək olar ki, istifadə edilmir. Ziyilin müalicəsində ana xətt lokal terapiyalardır. Bu xəstəlik tam müalicə edilir. Ziyildən əziyyət çəkənlər ümidsiz olmamalıdırlar.
e-tibb.az