Cilvəli olmağın sirləri
Bəyənilən qadın olmaq əslində çətin deyil. Cazibəli qadınlar hər zaman diqqətdə olurlar. Siz də gözəgəlimli qadın ola bilərsiniz.
Bəyənilən və sevilən qadın olmaq çox da çətin deyil. Cilvəli, nazlı qadınlar kişilərin marağına səbəb olur. Onlar hər zaman diqqətdədirlər. Həyatındakı kişi ona zaman ayırmadıqda bu vəziyyətdən elə də təsirlənmir, çünki köklənəcəkləri başqa məşğuliyyətlər var. Bəs cilvəli qadın necə olur?
Sirli olmaq
Dürüstdür, amma hər şeyi bir anda ortaya qoymur. O, əlindəki kartları yüksək səslə açmamağa üstünlük verir.
O, bəzən bir kişini təlaş içində qoyub getməli olduğunu yaxşı bilir. Hər gecə onunla görüşə bilmir, çünki başqa işləri var. O, həm də mobil telefonuna uzun-uzadı mesajlar göndərərək virtual sevgiliyə çevrilməyə üstünlük vermir. Kişi onu sevərək darıxmalıdır.
Təsirli baxışlar
Gözlər hər şeyi etiraf edir. Vacib olan onlardan düzgün istifadə etməkdir. Ürkək, heyran baxışları kənara qoyun. Cəsur baxışlar önündə heç bir kişi dayana bilməz. Yanınızdakı kişiyə belə baxışlarla baxsanız, sizi daha alovlu sevər.
Özünüzə diqqət ayırın
Həyatındakı kişidən vacib saydıqları nəsnələr də var. Hobbiləri, dostları, işi, ailəsi də yaşadığı sevgi qədər vacibdir. Elə balans yaradıb ki, heç biri digərini üstələməsin.
Şirin dilinizdən istifadə edin
Kişilərin zəif nöqtəsidir. Şirin dillə tovlaya bilməyəcəyiniz insan, ələ keçirə bilməyəcəyiniz bir şey yoxdur. Cümlələrinizi "canım, sevgilim, əzizim" kimi müraciətlərlə başlayın.
Yumoristik olun
Zamana nəzarət edir. Onunla həyatındakı kişi arasındakı ritmə nəzarət yalnız onun əlindədir. Ancaq bunu başqasına heç vaxt açıqlamaz.
Yumor duyğusunu davamlı olaraq təkmilləşdirir. O, yumor hissi ilə həyatındakı kişini güldürməyi bacarır.