Ən yaxşı 10 üz qırxan maşın modelləri 2021

Saçlarınızı və saqqalınızı evdə rahat təraş etməyiniz üçün ən yaxşı avadanlıqların siyahısını hazırlamışıq. Hansı təraş maşının almalıyıq? Təraş maşını necə təmizlənir? Bu sualların cavabını məqaləmizdən öyrənə bilərsiniz.

1. Powertec TR-3200

Powertec TR-3200

Powertec-in ən yaxşı modeli olan TR-3200, tam dolu bir batareya ilə 6 saatlıq istifadə imkanı təqdim edir. Güclü motora malik olan məhsul qısa müddətdə saç və saqqalınızı kəsməyə imkan yaradır. 8 fərqli daraqla təchiz olunub.

Müsbət tərəfi: Təmizlənməsi asandır, 6 saat istifadə müddəti Həm simli, həm də simsiz istifadə

Mənfi tərəfləri: Cod yerlərdə istifadəsi çətinləşir, Azərbaycan dilində istifadə təlimatı yoxdur

2. Xiaomi Enchen Hummingbird

Xiaomi Enchen Hummingbird

Xiaomi Enchen 7100 rpm sürətində işləyir. 1500 mAh batareyaya malik olan məhsul 3 saat ərzində tam doldurula bilər. Digər təraş maşınlarından daha səssiz işləyən cihaz, olduqca universaldır.

Müsbət tərəfləri: Simsiz istifadə, səssiz işləmə, 3 saata batareyanın dolması

Mənfi tərəfləri: Tamamən yuyula bilmir, sadəcə quru olaraq istifadə edilir

3. Powertec TR 6700

Powertec TR 6700

Powertec TR 6700, LED ekranı ilə maraq oyadır. Bir çox insanın istifadə etdiyi məhsul, simsiz olduğu üçün istənilən yerdə asanlıqla istifadə edilə bilər.

Müsbət tərəfləri: Simsiz istifadə, LED ekran
Mənfi tərəfləri: İslaq halda istifadə olunmur, tamamən yuyulmur

4. Inter Mac3 Tc-9999

Inter Mac3 Tc-9999

Rəqiblərindən daha sürətli enerji yığan məhsul, 4 fərqli adda təqdim olunur. İstifadəçiləri tərəfindən tam bal alan cihaz, qısa istifadə müddətinə görə tənqid olunsa da, performansı ilə bunu kompensasiya edir.

Müsbət tərəfləri: Sürətli enerji yığımı, 4 ədəd başlığa sahib olması
Mənfi tərəfləri: Qısa istifadə müddəti

5. Hk-550 Matri-x

Hk-550 Matri-x

Qiymət baxımından uyğun təraş maşını axtarırsınızsa, Hk-550 Matri-x əsl sizlikdir. Güclü motora malik olan cihaz, səssiz işləmə xüsusiyyəti ilə diqqət çəkir.

Müsbət tərəfləri: Qiymət performansı, davamlı bıçaq quruluşu
Mənfi tərəfləri: Yalnız quru halda istifadə

6. Insua Hk-450

 Insua Hk-450

Insua Hk-450 3 fərqli başlığı ilə fərqlənir. Burun və qulaq tüklərini asanlıqla götürə bilən cihaz, münasib qiymətə görə rəqiblərini qabaqlayır.

Müsbət tərəfləri: 3 fərqli istifadə növü, 6 saat istifadə müddəti
Mənfi tərəfləri: Uzun şarj müddəti

7. Braun MGK 7220

Braun MGK 7220

Braun MKG 7220 AutoSensing xüsusiyyəti ilə seçilir. Bu xüsusiyyət sayəsində özü öz ölçüsünü tənzimləyir. Dərinin hər səthinə uyğunlaşan cihaz suya davamlıdır.

Müsbət tərəfləri: Su keçirməyən dizayn, hər üzə uyğun olan struktur
Mənfi tərəfləri: Aşağı batareya həcmi

8. Philips Aqua Touch S5420/06

Philips Aqua Touch S5420/06

Philips Aqua üzünüzdə sürüşmə hissi yaradaraq tük köklərini tamamilə təmizləyə bilir. Suya həssas olan məhsul asanlıqla sudayuyula bilər. Erqonomik quruluşa və yuvarlaq başlığa malik olan maşın dəridə kəsik və cızıq yaratmır.

Müsbət tərəfləri: Tamamən yuyula bilir, həm yaş, həm də quru halda istifadə oluna bilər,
Mənfi tərəfləri: Uzun şarj müddəti, 30 dəqiqə istifadə müddəti

9. Braun 9 seriyası 9390CC

Braun 9 seriyası 9390CC

Braun 9 seriyalı 9390cc modeli bir çox xüsusiyyəti ilə diqqət çəkir. Yuyula bilən quruluşu ilə önə çıxan məhsul bunun sayəsində asanlıqla təmizlənə bilər. Comfort Flex başlığı ilə təchiz olunub.

Müsbət tərəfləri: Yuyula bilir, Şarj stansiyasında avtomatik təmizləmə
Mənfi tərəfləri: Sərt tüklərdə çətinlik çəkir

10. Philips OneBlade QP2520/20

Philips OneBlade QP2520/20

Philips OneBlade ən çox satılan modellərdən biridir. Simsiz işləyən cihaz yaş dəridə belə yüksək performans göstərir. 3 fərqli başlıq ilə təchiz olunub.

Müsbət tərəfləri: Erqonomik quruluşu, hər növ tükə uyğun olması
Mənfi tərəfləri: Bıçaqlarının istifadə müddəti 4 aydır

Təraş maşınları ilə bağlı ən çox verilən suallar

Təraş maşını almaq istəyənlər üçün ən yaxşı markaların məhsullarını tövsiyə etdiyimiz bu məqalədə təraş maşınları ilə bağlı ən çox verilən sualları da cavablandırmışıq.

Təraş maşını necə istifadə olunmalıdır?

Simli, simsiz, yaş və quru olaraq fərqli modellərə sahib olan təraş maşınları başlıqlarına görə fərqli istifadə variantları təklif edirlər. Burun tükləri və bədənin digər hissələri üçün hazırlanan daraqlar sayəsində arzuolunmaz tüklərdən qurtula bilərsiniz.

Təraş maşını necə yağlanır?

Təraş maşını təmizləmək və yağlamaq asan prosesdir. Bəzi modellərin suya davamlı olduğunu nəzərə alsaq, təmizləyərkən tam şəkildə yumaq cihaza zərər verməz. Yağlama prosesi cihazların bıçaqlarına tətbiq olunmalıdır. Bıçaqlara 1 və ya 2 damcı yağ tökərək maşının daha nizamlı və səssiz işləməsinə şərait yarada bilərsiniz.

Yaş və quru təraş maşını nə deməkdir?

Bunlar həm yaş, həm də quru səthlərdə asanlıqla istifadə edilə bilən təraş maşınlarına verilən adlardır.Yaş və quru təraş maşınılarını təmizləmək üçün tamamən yumaq lazımdır.

Digər faydalı məlumatlar:

Yazar: İlk yazar