Ən yaxşı komediya filmləri

Bu məqaləmizdə ən yaxşı komediya filmlərini bir araya toplamışıq. Onları sizə təqdim edirik.

1. Dolittle (2020) IMDb; 5.6

Dolittle

Filmdə Dr. John Dolittle xəstəlikdən əziyyət çəkən ölkə kraliçasını sağaltmağa çalışır. Bu müddətdə onun ən böyük köməkçiləri qorilla, ördək dəvəquşusu, ağ ayı və ağıllı tutuquşu olacaq.

Janr: Komediya, Ailə

Rejissor: Stephen Gaghan
Rollarda: Robert Downey Jr., Antonio Banderas, Jessie Buckley

2. Love Wedding Repeat (2020) IMDb; 5,5

Love Wedding Repeat

Evlilik və sevgi mövzusunda çəkilən ən yaxşı komediya filmlərindən biri olan "Love Wedding Repeat", bir vaxtlar bacısının toyunda itirdiyi keçmiş sevgilisini geri qaytarmaq istəyən insanın hekayəsini əks etdirir. Gənc oğlan bacısı üçün möhtəşəm bir toy planlaşdırarkən, qarşısına çıxan təsadüflə planları alt-üst olur.

Janr: Komediya
Rejissor: Dean Craig
Rollarda: Sam Claflin, Olivia Munn, Freida Pinto

3. Wrong Missy (2020) – IMDb; 5,7

Wrong Missy

Filmdə yeni tanış olduğu Missy adlı iki qadını bir-biri ilə qarışdıran Tim Morris, gözəl Missyni şirkət tətilinə dəvət edir, ancaq mesaj səhv Missyə gedir. Bundan sonra maraqlı olaylar yaşanır.

Janr: Komediya, Romantika
Rejissor: Tyler Spindel
Rollarda: David Spade, Lauren Lapkus, Nick Swardson

4. Once Upon A Time Hollywood (2019) IMDb; 7.6

Once Upon A Time Hollywood

Bir vaxtlar Qərb seriallarında rol alan Rick Dalton və dublyoru Cliff Boothun Hollivud filmlərinə girmək səylərini lentə alan filmdə əyləncəli səhnələr üstünlük təşkil edir. Yaşlanan ikili Hollivudun xəyal dünyasına düşsə də, o qapıdan keçmək üçün çox səy göstərməlidirlər.

Janr: Dram, Komediya
Rejissor: Quentin Tarantino
Rollarda: Leonardo Di Caprio, Brad Pitt, Margot Robbie

5. Booksmart (2019) IMDb; 7,2

Booksmart

Lisey həyatını oxumaqla və sıxıntı içində keçirən iki dost əylənmə vaxtının gəldiyini düşünürlər və bir gecədə 4 illik əyləncə yaşamağa hazırlaşırlar. Filmi izləməyiniz tövsiyə olunur.

Janr: Komediya
Rejissor: Olivia Wilde
Rollarda: Kaitlyn Dever, Beanie Feldstein, Skyler Gisondo

6. I am not an Easy Man (2019) IMDb; 6,4

I am not an Easy Man

Film qadınlara qarşı qəddar olan Damienin macəralarından bəhs edir. Ömrünü qadınları aldatmaqla keçirən Damien birdən-birə qadın hegemonluğu olan bir dünyada oyanır. Bu oyanış komedik hadisələrə və Damienin qadınları qiymətləndirməsinə səbəb olacaq.

Janr: Komediya, Romantika
Rejissor: Eleonore Pourriat
Rollarda: Vincent Elbaz, Marie-Sophie Ferdane, Pierre Benézit

7. Tag (2018) IMDb; 6,5

Tag film

5 dostdan ibarət qrup uşaqlıqdan bəri hər il toplanıb "əlim səndə" oyununu oynayırlar. Hamı builki yarışmaya hazırlaşarkən, birinin toy tarixi oyun vaxtına təsadüf edir. Bundan sonra maraqlı anlar yaşanır.

Janr: Komediya
Rejissor: Jeff Tomsic
Rollarda: Ed Helms, Jake Johnson , Annabelle Wallis

8. Isle of Dogs (2018) IMDb; 7,9

Isle of Dogs

Megasaki City-dəki bütün itlərin ərazidən çıxarılması əmri verildikdə Atari Kobayaşinin köpəyi Spots da sürgün edilir. Atari köpəyini tapmaq üçün uzun və əyləncəli bir səyahətə çıxır. Bu səyahət evlərindən qovulan bütün itlərin taleyini dəyişdirəcək.

Janr: Animasiya, Komediya, Macəra
Rejissor: Wes Anderson
Rollarda: Bryan Cranston, Liev Schreiber, Edward Norton

9. Deadpool 2 (2018) IMDb; 7,7

Deadpool 2

Super qəhrəmanımız yeni komandası ilə Deadpool macərasının ikinci hissəsində məkrli düşmənlərə qarşı mübarizə aparır. X Force komandası ilə gələcəkdən gələn Cabellə döyüşən Deadpool qeyri-adi anlar ehtiva edir.

Janr: Komediya, Macəra
Rejissor: David Leitch
Rollarda: Ryan Reynolds, Josh Brolin, Morena Baccarin

10. Ayı Teddy (2012) IMDb; 7,0

Ayı Teddy

Filmdə oyuncaq ayının canlanmasından bəhs olunur. Conun arzusu bir gün gerçəkləşir. Oyuncaq ayısı canlı ayı olur. Film maraqlı səhnələri ilə diqqət çəkir.

Janr: Komediya, Fantastika
Rollarda: Mark Wahlberg, Mila Kunis, Joel McHale
Rejissor: Seth MacFarlane

11. American Pie (1999) IMDb; 7.0

American Pie

"American Pie" ilk dəfə 1999-cu ildə ekranlara çıxıb. Filmdə qızlara necə yanaşmağı bilməyən 4 gənc oğlanın və bu məsələlərdə təcrübəli olan 4 qızın həyatı təsvir olunub. Film yaxşı vaxt keçirməyinizə imkan verəcək.

Janr: Komediya
Rollarda: Jason Biggs, Seann William Scott, Chris Klein
Rejissor: Paul Weitz, Chris Weitz

12. Agent (2015) IMDb; 7.0

Agent

CIA-da analitik olan Susan Cooper uğurlu əməliyyatların gizli qəhrəmanlarından biridir. Əməliyyatlardakı ortağı ingilis Bradley Fine (Jude Law) və Rick Ford (Jason Statham) deşifrə edilib. Tapşırığı yerinə yetirmək üçün Cooper tək qalıb. O, başına gələnlərdən hli deyil.

Janr: Komediya
Rollarda: Melissa McCarthy, Jason Statham, Jude Law
Rejissor: Paul Feig

13. Blindspotting (2018) IMDb; 7,4

Blindspotting

2018-ci ilin ən çox izlənən komediya filmlərindən biri olan "Blindspotting", irq və sinif haqqında çağdaş bir hekayəni komediya ilə birləşdirir və tamaşaçıya çatdırır. Həbsdə olan Colinin sərbəst buraxılması üçün 3 gün vaxtı var və bu günləri sakit keçirməlidir. Colin, azadlığa çıxmasından bir neçə gün əvvəl ən yaxşı dostu üzündən problemlərlə üzləşməli olur.

Janr: Komediya, Dram
Rollarda: Daveed Diggs, Rafael Casal, Janina Gavankar
Rejissor: Carlos Lopez Estrada

14. Evdə tək (1990) IMDb; 7,5

Evdə tək film

Bütün dövrlərin ən çox izlənən xarici komediya filmlərindən biri olan "Evdə tək" dəcəl və ağıllı Kevinin evlərini oğrulardan xilas etməsi üçün göstərdiyi səylərdən bəhs edir. İzləməyənlər bu filmə mütləq baxmalıdır.

Janr: Komediya, Macəra
Rollarda: Macaulay Culkin, Catherine O'Hara, Joe Pesci
Rejissor: Chris Columbus

15. Shaun Of The Dead (2004) IMDb; 8.0

Shaun Of The Dead

Film 2004-cü ildə ekranlara çıxıb. Olduqca maraqlı və komedik səhnələriylə diqqət çəkir.

Janr: Komediya, Qorxu
Rollarda: Simon Pegg, Nick Frost, Dylan Moran
Rejissor: Edgar Wright

16. The Grand Budapest Hotel (2014) IMDb; 8.0

The Grand Budapest Hotel

İkinci Dünya müharibəsindən bəhs edən filmdə iki işçinin dostluğunu əks olunub. teldə qapıçı olan
Gustave H və Mustafanın başlarına gələn əhvalatlar üzünüzü güldürəcək və müharibənin izlərini hiss edəcəksiniz.

Janr: Komediya, Dram
Rollarda: Ralph Fiennes, Tony Revolori, F. Murray Abraham
Rejissor: Wes Anderson

17. Truman Show (1998) IMDb; 8,1

Truman Show

Filmdə televiziya sənayesi xüsusi ustalıqla tənqid olunub. Baş rolda çəkilən Jim Carrey (Truman) 30 ilini eyni kinostudiyada keçirib və bundan xəbərsizdir. Bir gün ölmüş atasını görür və gördüyü şəxsin birdən yoxa çıxdığını anlayır. Filmi izləməyiniz tövsiyə olunur.

Janr: Dram, Komediya
Rollarda: Jim Carrey, Laura Linney, Natascha McElhone
Rejissor: Peter Weir

18. The Big Lebowski (1998) IMDb; 8.2

The Big Lebowski

Günün yorğunluğunu çıxarmaq üçün bu komediya filminə baxa bilərsiniz. Filmi açın və rahatlıqla baxın. Peşman olmazsınız.

Janr: Komediya, Cinayət
Rollarda: Jeff Bridges, Julianne Moore, John Goodman
Rejissor: Joel Coen, Ethan Coen

19. Snatch (2000) IMDb; 8,3

Snatch

Filmdə gizli cinayət təşkilatı ilə əlaqəli iki fərqli mövzuya toxunulub. İki hadisə əvvəlcə bir-biri ilə əlaqəli olmasa da, sonradan hər şey dəyişir.

Janr: Polis, Komediya
Rollarda: Jason Statham, Brad Pitt, Vinnie Jones
Rejissor: Guy Ritchie

20. 3 Idiots (2009) IMDb; 8,4

3 Idiots

Ən çox izlənən xarici komediya filmlərindən biri olan "3 İdiots" Aamir Khanın şah əsərləri arasındadır. Filmə baxarkən gülməli hadisələrin şahidi olacaqsınız, eyni zamanda sistemlə bağlı tənqidi düşüncələrə yer verəcəksiniz.

Janr: Komediya, Dram
Rollarda: Aamir Khan, Madhavan, Kareena Kapoor
Rejissor: Rajkumar Hirani

21. Modern Times (1936) IMDb; 8.5

Modern Times

Charlie Chaplin filmləri arasında şah əsəri olan "Modern Times", komediya janrları arasında olmasına baxmayaraq dövrün ən böyük tənqidi filmlərindən biridir. 1936-cı ildə çəkilsə də, günümüzə işıq saçan bu ekran işi bütün zamanların ən əyləncəli filmləri arasındadır.

Janr: Ailə, Komediya, Dram
Rollarda: Charles Chaplin, Paulette Goddard, Henry Bergman
Rejissor: Charles Chaplin

22. The Great Dictator (1940) IMDb; 8,5

The Great Dictator

Dünyanın ən böyük yumor ustası Charlie Chaplin, bütün zamanların ən komedik filmi olan "The Great Dictator"da Nasist Almaniyası və Hitlerlə bağlı zarafatları ilə üzünüzü güldürəcək. Çox köhnə bir istehsal olmasına baxmayaraq, bu gün də komediya və döyüş filmləri janrında məşhurluğunu qoruyur.

Janr: Dram, Müharibə
Rollarda: Charles Chaplin, Jack Oakie, Paulette Goddard
Rejissor: Charles Chaplin

23.Life Is Beautiful (1997) IMDb; 8,6

Life Is Beautiful

Film əsasən dran janrında çəkilsə də, komedik səhnələri ilə də göz oxşayır. Guido oğlunu müharibənin dağıdıcı təsirlərindən qorumaq üçün hadisələri oyun kimi izah edir. Hər səhnəsi bir dram olan, lakin bunu komediya ilə çatdıran mükəmməl filmdir.

Janr: Komediya, Dram, Romantika
Rollarda: Roberto Benigni, Horst Buchholz, Marisa Paredes
Rejissor: Roberto Benigni

Yazar: İlk yazar