Əncirin oqranizmə verdiyi 25 faydası

Əncir tərkibində olan aminturşular, beta-karotin, antioksidant, vitamin və mineralların zənginliyinə görə insan oqranizminə çox böyük faydaları vardır. Onun oqranizmə verdiyi faydalar haqqında sizləri məlumatlandırmaq istəyirəm.

Çoxumuz bu gözəl meyvənin dəyəri haqqında yetəri qədər məlumata sahib deyilik və həm təzə, həm də quru halında zövq ala bilərikmi? İshala səbəb olduğu üçün çox düşünmədiyimiz bu ləzzətli meyvə, əslində o qədər şəfalıdır ki, yeməsək nəinki əncirə, həm də özümüzə böyük bir utanc verərik.

Əncirin dəyərini bilmək və onları tacımıza çevirməyin vaxtı gəldiyini düşünürük. Həm də kiçikliyinə baxmayın, bunun faydalarını öyrəndiyiniz zaman, bazarlara qaçmaq və kilolarla almaq istəyəcəksiz, çünki o qədər şəfalıdır .Əncirin tərkibi K vitamini ilə zəngindir. Bu səbəbdən də əncir ürək-damar, təzyiq xəstələri üçün təbii dərman vasitəsidir. Uzun müddət əncir yemək, vena damarlarında çatışmazlıqları aradan qaldırır və varikoz genəlməni azaldır.

1. Əncir tərkibində olan fitsin fermenti sayəsində qanın laxtalanmasını nisbətən azaldır və tromb əmələgəlməsini dayadırır.

2. Əncirin tərkibində dəmirin miqdarı çox olduğuna görə o anemiya xəstəlikləri zamanı qanartırıcı təsir göstərir.

3.Tərkibində olan amin turşuları qanda xolesterolun miqdarını azaldır.

Əncir şəkli

4. Tərkibində olan şəkər və vitaminlər sayəsinndə əncir diet saxlayan adamların axşam yeməyini əvəz edə bilir.

5. Sidikqovucu təsirə malik olduğu üçün əncir orqanizmdə olan artıq suyu çıxarmaq qabiliyyətinə malikdir.

6. Tərkibində olan fruktoza fiziki və zehni yorğunluğu aradan qaldırır.

7. Əncir orqanizmin K vitamininə olan təlabatını ödəyir. Bunun üçün əncir mövsümündə hər gün bu meyvədən yemək lazımdır.

8. Hamilə qadınlara sintetik vitaminlərdən istifadə etməkdənsə, əncir və ya onun qurusundan yemələri tövsiyə edilir.

Doğranmış əncir

9.Əncir maddələr mübadiləsini yaxşılaşdırır.

10. Əncir ürəkbulanmanı, ağızda quruluğu və ürək yanğısını aradan qaldırır.

11. Qadınlar menopauza dövründə əncir yesələr döş xərçəngi riskindən azad olarlar.

12. Bronxit zamanı 20 qram quru ənciri 1 stəkan qaynar südə qatıb içdikdə, sinə yumşaldıcı təsirə malik olur.

13. Əncirin eyni zamanda öskürək kəsici xüsusiyyəti var.

14. Yatmazdan əvvəl əncir yemək bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

əncir yemək

15. Əgər səhərlər acqarına əncir yeyərsəniz, böyrək daşlarının əriməsində çox faydalı ola bilər.

16. Mədə-bağırsaq fəaliyyətini sürətləndirməklə yanaşı əncirin həmçinin qastritin müalicəsi zamanı da faydalıdır.

17. Əncir II tip şəkərli diabet x. əstələrində qanda şəkərin miqdarının normallaşmasına yardımçı olur.

18. Əncir əhval-ruhiyyəni qaldırır.

Əncirin faydası

19. Ağız boşluğu xəstəlikləri zamanı əncir yarpağının dəmləməsi ilə qarqara eləmək xəstəliklərin əlamətlərini azaldır.

20. Kökünün qaynamasından alınan məhlulla yaraları yuduqda tez sağalır.

21. Əncir saplağından axan süd ilə döyənəkləri aparmaq olur.

22. Əncir qurusu aclıq hissini aradan qaldırır, onun 100 qramında 50 kalori var. 2-3 əncir qurucu aclığı aradan qaldırmaqla yanaşı, orqanizmin sutkalıq mikorelementlərə olan təlabatını ödəyir.

Əncirin xeyri

23. Əncir yarpağını 10-15 dəqiqə qaynadıb saçları yuduqda saç tökülmənin qarşısı alınır.

24. Tərkibində olan pektin maddəsi ənciri əvəzolunmaz bir meyvəyə çevirir. Əncir toxumaların cavanlaşmasında və kapilyar damar divarının möhkəmlənməsində faydalıdır.

Mənbə: https://immunitet.az/1480-nciri-sevmk-ucun-25-sbb.html

Yazar: İlk yazar