Estetik əməliyyat hansı yaşlarda edilir?
Estetik plastik və rekonstruktiv cərrahiyyə mütəxəssisi dr.Defne Erkara insanların hər yaşda fərqli estetik problemləri olduğunu söyləyib.
Erkara “Hər yaşdan insan daha gözəl olmaq üçün plastik cərrahların qapısını döyür. Son illərdə estetik əməliyyatlarda saç əkimi ilk sıralarda yer alır. Bunun ardınca rinoplastika əməliyyatı gəlir. Hər yaşda olan insanların müxtəlif problemləri var. Gənc yaşlarda forma problemləri daha çox ön plana çıxır, irəliləyən yaşlarda isə yaşlanmanı gecikdirmək və dəri qırışları kimi problemlər insanları estetik əməliyyatlara yönləndirir” deyə qeyd edib.
Mütəxəssis şəxsi təcrübəsindən çıxış edərək, estetik əməliyyat tətbiqlərini yaşa və cinsə görə belə sıralayıb:
20-30 yaş arası qadınlar
Sinə kiçikliyi, burundakı deformasiya, dodaqların incəliyi.
20-30 yaş arası kişilər
Burun deformasiyası, qulaqların böyük olması, sinənin qabarıq olması.
30-40 yaş arası qadınlar
Qaşların sallanması və mimik xətlərdə qabarıqlıq, döşlərin kiçilməsi, sallanması, qarın piylənməsi, sallanması.
30-40 yaş arası kişilər
Saç tökülməsi, qarın və belin yağlanması, yanaqların çökməsi və alt göz qapağı problemləri.
40-50 yaş arası qadınlar
Üzün sallanması, qabarıq cizgi xətləri, göz qapağı problemləri, döş sallanması.
40-50 yaş arası kişilər
Saç tökülməsi, qarın və beldə piylənmə, üz sallanması və göz qapağı problemləri.
50 yaşdan yuxarı qadınlar
Üz sallanması, üz dərisi problemləri, döş, qol və ayaqda sallanma.
50 yaşdan yuxarı kişilər
Qarın, bel və döşlərdə piylənmə, qırtlaqda sallanma.
[xeberdarliq]