Gedəcək yerləri yoxdur! Koronavirus bütün dünyanı qorxuya salarkən insanların qorunmaq üçün tapdıqları 15 üsul
Çində vəziyyət həqiqətən acınacaqlıdır. Lakin buna baxmayaraq insanlar özlərini pozitiv saxlamağı bacarır.
Koronavirusun təsir dairəsi getdikcə böyüyür.
Çində virusa yoluxanların sayı 10 minə çatıb, onlardan azı 213-ü həyatını itirib.
Koronavirus indiyədək 19 ölkəyə yayılıb. Buna görə Ümumdünya Səhiyyə Təşkilatı həyəcan elan edib.
Çində yaşayan və gedəcək başqa yerləri olmayan insanlar həm özlərini, həm də ailə üzvlərini qorumağa çalışırlar.
Hər kəsin imkanı qoruyucu maska və geyim almağa kifayət etmir. Çində bu cür maskalar artıq tükənib.
Bir çox ölkə Çinlə sərhədlərini bağlayıb, uçuşları dayandırıb. Vuhandan gələn vətəndaşlar karantinə götürülüb.
“Starbucks”, “Google”, “Tesla” və “IKEA” kimi bir çox markalar mağazalarını bağlayıblar.
İnsanlar bütün gün evdə oturmağa çalışsalar da, bəzi ehtiyaclar üçün çölə çıxmağa məcburdurlar.
Buna görə qorunmaq üçün bir çarə tapmalıdırlar.
Maska qıtlığı, maskaların çoxunun qoruyucu olmaması səbəbindən insanlar nə tapsalar ondan maska düzəldirlər.
Qreyfurt, plastik şüşələr maska üçün əsas materiallardır.
Bu da həmin maskalardan bəziləri.
Aşağıdakı məqalələr də marağınızı çəkə bilər:
- Koronavirusdan qorunmağın ən gülməli metodları
- Koronavirus (coronavirus) nədir?
- Haqlarını ödəyə bilmərik! Uzun müddət maska taxdıqdan sonra üzlərinin hansı hala düşdüyünü paylaşan 22 tibb işçisi