Saçlarınızı gözəlləşdirən banan maskası reseptləri

Banan sağlam həyatın ən dadlı vasitələrindən biridir. Bu meyvə sağlamlığa bir çox fayda verməklə yanaşı, saçları da gözəlləşdirmək xüsusiyyətinə malikdir. Bir çox məşhurun da istifadə etdiyi banan tərkibli təbii saç maskası reseptlərini sizə təqdim edirik.

Qırılan saç ucları üçün banan maskası

Qırılan saç ucları üçün banan maskası

Bu bananlı saç maskası qırılmış ucları yaxşılaşdırır və saç köklərini gücləndirir.

Tərkibi:

1 yetişmiş banan
1 çay qaşığı kokos yağı
1 xörək qaşığı bal
1 xörək qaşığı zeytun yağı

Hazırlanması:

Banan, kokos yağı, bal və zeytun yağını birlikdə yaxşıca qarışdırın. Bu qarışığı saçınıza və baş dərinizə çəkin. 15 dəqiqə gözlədikdən sonra saçınızı yuyun.

İki elementli saç maskası

İki elementli saç maskası

Cəmi 2 inqrediyentlə hazırlaya biləcəyiniz bu möcüzəvi maska ​​saçlarınızı kökdən uca qədər nəmləndirəcək və qidalandıracaq.

Tərkibi:

1 banan
1 xörək qaşığı zeytun yağı

Hazırlanması:

Bananı əzdikdən sonra içinə zeytun yağı əlavə edib yaxşıca qarışdırın. Əldə etdiyiniz qarışığı saç və baş dərinizə çəkin və yarım saat gözlədikdən sonra saçınızı yuyun.

Yazar: İlk yazar