Sirr kimi saxlanılan yapon mədəniyyəti haqqında məlumatlar
Yaponiya 3 midən artıq adadan ibarətdir və burada 127 milyondan artıq əhali yaşayır. Yaponiyanın ən böyük adaları Honşu, Kyuşu, Şikoku və Hokkaydodur. Bu adalar ölkənin 97 %-ni təşkil edir. Uzaq Şərqin sirli ölkəsi olan Yaponiya mədəniyyəti haqqında məlumatları təqdim edirik.
1. Yaponlar salamlaşmaq üçün ojigi salamı verirlər. Üzr istəmək, təşəkkür, sabahınız xeyir mənalarını verən ojigi zamanı baş xəfif qaydada əyilir. Salam verilən şəxs salam verəndən daha üst səviyyədə olan biridirsə, salam verən daha da aşağı əyilir.
2. Yaponlar danışarkən qarşılarındakı ilə mübahisə etməkdən yayınırlar. Fikirlərini dolayı yolla ifadə edirlər.
3. Yaponlar cəmiyyət içində nə qədər əsəbiləşsələr də qəzəbli olduqlarını biruzə vermirlər. Haqlı olsalar da, üzr istəyirlər. Əsəbiləşib özündən çıxan insanın uşaqlıq etdiyini düşünürlər.
4. Yaponlar üzüntülərini xəfif bir gülüşün altında gizlədirlər. Bunun da adı belədir: "kao de war asu kokoro de naku" (üzü gülür, lakin qəlbi qan ağlayır). Yapon mədəniyyətində kişinin ağlaması təbii qarşılanır.
5. Bir insanın istəklərini açıq şəkildə söyləməsi qabalıq kimi dəyərləndirilir. Bunun səbəbi söylənilən insanı çətin durumda qoymaqdır.
6. Yaponiyada evin içinə ayaqqabıyla daxil olmaq böyük hörmətsizlik sayılır. Evə girdikdə ayaqqabı çıxarılır və başmaq geyilir.
7. Toylarda doğru geyinmək vacibdir. Toya doğru paltarlarda getmək məqsədəuyğundur.
8. Xəstə ziyarəti zamanı hədiyyə aparmaq normal sayılır. Saxsı qabda çiçək aparmaq isə xoş qarşılanmır.
9. Yaponların da bizə fərqli gələn davranışları var.
10. İlk dəfə tanış olduğu birindən yaşını, maaşını, mədəni səviyyəsini, sinə ölçülərini soruşa bilərlər. İnsanın adını və soyadını unuda bilərlər. Hər kəsin ana dilinin ingilis dili olduğunu düşünə bilərlər.