Smartfonlarda silinmiş mesajlar necə geri qaytarılır?
Android və iPhone telefonlarında bir çox səbəbdən, bilərək və ya bilməyərək mesajlar silinir. Həmin mesajları necə geri qaytarmaq olar? Bunun üsullarını təqdim edirik.
SMS yazı vasitəsilə ünsiyyət deməkdir. Bu cür ünsiyyətlə vacib məlumatlar əldə edirik. Lakin bəzən məlumatlar bəzi səbəblərə görə silinir.
Smartfonda silinmiş mesajları geri qaytarmaq üçün bir çox üsul mövcuddur. Android və iOS cihazlarında silinən mesajlar xüsusi proqramlarla geri qaytarılır. Ancaq həmişə effektli olmur.
Android silinmiş mesajları geri gətirmək
Android cihazlarında silinmiş mesajları geri qaytarmaq üçün recovery proqramlarından ikisi məlumatı bərpa etməkdə daha təsirlidir. Bunlar:
- Android Data Recovery
- Coolmuster Android SMS + Contacts Recovery
Bu iki tətbiqin fərqli özəllikləri olsa da, istifadə baxımından eynidir. Androiddə silinmiş mesajların geri qaytarılmasını addım-addım izah edirik:
- Recovery proqramlarından birini kompüterinizə yükləyin.
- Cihazın "USB hata ayarlama" rejimini açıb USB ilə kompüterə qoşun.
- Proqramdakı "Scan" ilə məlumatlarınızı skan edin.
- Bundan sonra fayllar bölümündə "SMS" və ya "Messages"ə tıklayın.
- Oradan çıxan məlumatları seçib "Recover"ə vurun.
iPhone silinmiş mesajları geri qaytarmağın yolu
iOS cihazları belə durumlarda əvəzedicilərlə problemi aradan qaldırır. Bunun üçün telefonun iCloud və ya iTunes əvəzediciləri ilə silinmiş materiallar geri qaytarılır.
iTunes SMS skan üçün bunlar edilir:
- iTunes-ə iOS cihazı qoşulur.
- Sonra "Dosya>Aygıtlar>Yedekle" ilə məlumatlarımızı skan edirik.
- Skan edilmiş faylı geri qaytarmaq üçün:
- "Dosys>Aygıtlar>Yedekten geri al" ilə silinmiş məlumatlar bərpa olunur.