Təbii makiyaj təmizləyicisini necə hazırlamaq olar?
Hamımız bilirik ki, qadınlar makiyajı çox sevir. Makiyajı təmizləmək də çox əziyyətli işdir. Makiyaj təmizləyici məhsullar hər bir marka tərəfindən müxtəlif tərkibli maddələrlə istehsal olunur.
Qadınlar makiyaj təmizləmə məhsullarına kifayət qədər pul xərcləyir. Bəzi qadın ları bazarda satılan məhsullar qane etmir. Tərkibindəki müxtəlif maddələrin dərilərinə zərər verə biləcəyindən qorxurlar. Ona görə də təbii və bitki mənşəli məhsullara üstünlük verirlər. Bəzi reseptlər sayəsində evdə hazırlaya biləcəyiniz təbii məhsullardan ibarət makiyaj təmizləyici qarışıqlar əldə edə bilərsiniz.
Təbii tərkibli makiyaj təmizləyici reseptlər
½ çay qaşığı zeytun yağı
½ çay qaşığı qızılgül suyu
Qızılgül suyu və zeytun yağını bir şüşəyə əlavə edərək çalxalayın. Dodaq və göz makiyajınızı silmək üçün bu qarışımdan istifadə edə bilərsiniz.
Xiyar və süd qarışığı
1 ədəd kiçik xiyar
1 çay qaşığı süd
Rəndədən keçirdiyiniz xiyarı südün içinə qoyaraq qaynadın. Sonra qarışığı süzün və xiyardan ayırın. Südü şüşəyə qoyun.