Tiramisu hazırlanma qaydası

Bir dəfə əsl tiramisu dadanlar, bütün alternativlərlə müqayisədə digərlərindən daha dadlı olduğunu bilirlər. Ancaq oxşar zövqlərlə evdə asanlıqla hazırlaya biləcəyimiz bir çox fərqli tiramisu reseptləri də var.İtaliya mətbəxinin ən məşhur və olduqca asan desserti sayılan tiramisu reseptini təqdim edirik. Odur ki, artıq bu şirniyyatı restoran və kafelərdə yox, evdə hazırlayıb, yeyə biləcəksiniz.

Tiramisu hazırlanması

Tiramısu hazırlamaq üçün lazım olan ərzaqlar:
  • 3 ədəd yumurta
  • 100 qr şəkər tozu
  • 200 qr maskarpone pendiri ( yağsız qaymaq)
  • 20 ədəd savoyardi ( tiramisu peçenyesi)
  • kakao və qəhvə

Hazırlanma qaydası:

Tiramisu necə hazırlanır

Tiramısunun əsas atributları maskarpone pendiri və savoyardidir. Bu ərzaqlar artıq bütün mağazalarda satışdadır. Əgər maskarpone pendiri tapmasanız, uzun illər hamimizin iran qaymağı kimi tanıdığımız qaymaqdan istifadə edə bilərsiniz. Keçək hazırlanma qaydasına:

Öncə yumurtaların ağını sarısından ayırın. Yumurtaların ağını mikserlə 15 dəqiqə çalın. Qarışım beze halına gəlməlidir və qabı əyəndə tökülməməlidir.

Yumurtanın və maskarpone pendirinin otaq temperaturunda olduğundan əmin olun. Təzə yumurta istifadə edin, son istifadə tarixindən və mənbəyindən əmin olmadığınız yumurtaları, bu resept üçün istifadə etməyin.

Sonra yumurtanın sarısı ilə şəkər tozunu mikserlə qarışdırın.

Şəkər tozu tam əriyəndən sonra üzərinə maskarpone pendirini əlavə edib, qarışdırın. Daha sonra bezeni də qaşıq-qaşıq kremə tökün. Krem hazırdır.

1 x/q qəhvəni 1 stəkan suda həll etdikdən sonra kasaya tökün. Savoyardiləri bu sousa batırıb, tiramisunu hazırlayacağınız qabın dibinə düzün.

Üzərinə krem sürtün. Bu prossesi yenidən təkrarlayın ki, tort 2 qat olsun.

Kremin üzərinə ələklə kakao səpin. Kakao keyfiyyətli olmalıdır ki, tiramisu yeyilərkən dadı acı olmasın.

Bir müddət soyuducuda saxladıqdan sonra tiramısunu süfrəyə vermək olar.

NUŞ OLSUN!


Yazar: İlk yazar