Uşaqlar yay tətilini necə səmərəli keçirə bilərlər?
Pandemiya dövrünün gətirdiyi çətinliklərlə təhsil dövrünü arxada qoyan şagirdlər üçün yay tətili başlamaq üzrədir. Kliniki psixoloq Duyğu Barlas uşaqların yay tətilini necə səmərəli keçirmələri üçün valideynlərə tövsiyələr verib.
Pandemiyanın kölgəsində keçən bir tədris ilini nəzərə alaraq uşaqlar, məktəb işçiləri və valideynlər üçün çox çətin bir dövrün geridə qaldığını ifadə edən Duyqu Barlas bunları qeyd edib:
“Uşaqlar və valideynlər fərqli bir təhsil müddətindən sonra ilk dəfə tətilə çıxıblar. Uşaqları məktəb bağlanandan sonra hər hansı kursa yönləndirmədən 1-2 həftə əvvəl onların psixi sağlamlığına diqqət yetirmək gərəkdir”.
Təbiət məşğuliyyətləri və mədəni səfərlər planlaşdırıla bilər Həmyaşıdlarla ünsiyyətin vacibliyini vurğulayan Duyğu Barlas, uşağın istək və bacarıqlarını nəzərə alaraq əyləncəli fəaliyyətlərin planlaşdırılmasını təklif edərək sözlərini belə davam edib:
“Uşaqların həmyaşıdları ilə birlikdə təbiət fəaliyyətləri və mədəni səfərləri planlaşdırıla bilər. Uşağın emosional vəziyyəti sabitləşdikdən sonra müəyyən saatlarda (xüsusilə səhər saatlarında) əlavə kurslara cəlb oluna bilər. Ancaq bu cür dərslərin əyləncəli fəaliyyətlərlə balanslı şəkildə olması vacib məqamdır. Bu, uşağın həm rahatlıq tapmasına, həm də özünü akademik cəhətdən gücləndirməsinə imkan yaradacaq”.
Tətilin sonuna yaxın məktəb rejiminə keçilməlidir. Mütəxəssis bildirib ki, tətilin sonuna yaxın məktəblinin sinif yoldaşları ilə ünsiyyəti artırması, yatmaq və oyanmaq saatlarının nizama salınması təmin olunmalıdır.