Uşaqları özünə inamlı böyütmək üçün məsləhətlər

Psixoloq Arzu Yıldırım uşaqların böyüdükcə hər şeyi edə biləcəkləri, istədiklərinə nail olacaqları kimi şişirdilmiş ifadələrdən çəkinməyin lazım olduğunu qeyd edib. "Qəhvə qoxulu dəftər" adlı ilk romanı bu yaxınlarda işıq üzü görən mütəxəssis uşaqların valideynlərini örnək aldıqlarını və uğur qazana biləcəyimizə olan inancımızın uşaqlar tərəfindən təqlid edildiyini vurğulayıb.

Özgüvən - “insanın özü haqqında müsbət düşüncədə olması və özü ilə harmoniyada olması” olaraq təyin edilir. Arzu Yıldırım uşaqların yüksək özgüvən ilə yetişdirilməsinin vacibliyinə diqqət çəkərək bunları vurğulayıb:
“Analar ilk növbədə yaşlarından asılı olmayaraq övladlarına “şərtsiz sevgilərini” göstərə bilib- bilmədiklərini başa düşməlidirlər. “Yeməyini yeməsən, səni sevmərəm”, “İmtahandan yaxşı qiymət alsan, səninlə fəxr edəcəm” kimi ifadələr işlədəndə ağla gələn bu ki, doğrudan da yemək yeməsə, yaxşı qiymət almasa, onu sevməyəcək? Əlbəttə sevəcək. Onları qəbul etmək və dəyərli olduqlarını hiss etdirmək özünə inamın açarıdır”.

Köməyin çoxluğu zərər verməkdir

Uşaqlarda özünə inam

Ekspert psixoloq uşaqların ev tapşırığına lazım olduğundan artıq kömək etməyin də səhv olduğunu bildirib:
“Bacarığın inşası özüylə bərabər motivasiya gətirir. Bu, yeniyetməlik dövründə ən çox tələb olunan xüsusiyyətdir. Özümüzü yaxşı, hüzurlu və həyat qarşısında güclü hiss etmək halı olan özgüvəni anlamaq üçün “mən kiməm” sualına cavabınız önəmlidir. Uşaqlar da bu anlayışı nümunə götürürlər. Özünüzü yalnız görünüşünüzlə və ya sahib olduqlarınızla müəyyən edirsinizsə, onlar da həyatları boyu bunların arxasınca getməyi öyrənirlər və onları əldə edə bilməyəndə məyus olurlar. Uşaqlara realist mənlik hissi inkişaf etdirmək üçün istiqamət vermək vacibdir”.

Şişirdilmiş sözlərdən uzaq olun

Uşaqları özünə inamlı böyütmək

Arzu Yıldırımın sözlərinə görə, bəzən uşaqları həvəsləndirmək üçün “istədiyiniz və çalışdığınız müddətdə hər şeyə nail ola bilərsiniz” kimi cümlələr işlədilir. Ancaq bu münasibət “bu templə uğur qazana bilməzsən” demək qədər təhlükəlidir. Uşaqlara böyüdükdə hər şeyə güclərinin çatacağı, istədikləri hər şeyə nail olacaqlarına dair şişirdilmiş ifadələrdən uzaq durmaq gərəkdir.

Ümidi işıq, mübarizəni iş kimi görən uşaqlar

Psixoloq Arzu Yıldırım həmçinin bunları vurğulayıb:
“Özünə hörmət fərdin özünə və insanlara nə dərəcədə dəyər verməsi ilə əlaqədardır. Əgər fərd özünü qiymətləndirərkən pozitiv münasibət bəsləyirsə, özünə hörməti də yüksəkdir. Bu konsepsiya özünə inamdan daha çox əhatəlidir, ifadə etdiklərini daha da gücləndirir. Özgüvən əvəzinə özümüzə hörməti bəsləyək və artıraq”.

Yazar: İlk yazar