Üzdə olan qara nöqtələri təmizləmək üçün 5 üsul
Qara nöqtələr dəridəki follikulların tıxanması nəticəsində meydana gəlir. Saç və yağ istehsalını həyata keçirən folikullar tıxandıqda, dəri səthində ağ və ya qara nöqtələr meydana gəlir. Ölü hüceyrələr və yağlar dəri follikülündə əmələ gələn boşluqlarda yığılır və bu əmələ gəlmələrə komedonlar deyilir. Üzdə yaranan, əsasən burunun üstündə olan qara nöqtələrdən qurtulmanın 5 yolu.
Birinci maska:
3 yemək qaşığı qatığın içinə yarım limon suyu əlavə edin və yaxşıca qarışdırıb dərinizə sürün. 10-15 dəqiqə ərzində qurumağını gözləyib dəriniz yuyun.
İkinci maska:
1 yemək qaşığı çay sodasına bir az su əlavə edib xəmir halına gətirin. Qara nöqtələrin yerləşdiyi bölgəyə masaj edərək çəkin.
Üçüncü maska:
1 yumurtanın ağını götürüb, yarım limon suyu əlavə edin. Kiçik bir qazanda bir dəqiqə ərzində qaynadın. Üzünüzə çəkdiyiniz qarışığı 10-12 dəqiqə saxlayın.
Dördüncü maska:
Xüsusilə yağlı cildi olanlar gil maskalarını seçim edə bilərlər. 2 yemək qaşığı gilə su əlavə edib qarışdırın. Əldə etdiyiniz qarışığı yalnız qara nöqtələrin yerləşdiyi ərazilərə deyil, bütün üzünüzə sürtün. Maska 10 dəqiqə sonra qatılaşmağa və dərinizi gərginləşməyə başlayacaq. Bol su ilə yuyub dərinizə su tərkibli nəmləndirici krem çəkin.
Beşinci maska:
1 çay qaşığı bala yarım çay qaşığı süd əlavə edin. Zəif odda bir neçə dəqiqə qızdırın. Qara nöqtələrin sıx olduğu bölgələrə çəkin. Çəkdiyiniz bölgələrə makiyaj təmizləmə pambığı yapışdırın. Maskanın qurumasını 15-20 dəqiqə gözlədikdən sonra dərinizi bol su ilə yuyun.
Qeyd edək ki, bu maskaların hamısından eyni zamanda istifadə etmək qəti qadağandır.
axar.az
[xeberdarliq]