Bürclərin uyğunluq cədvəli
Hansı bürclə daha yaxşı anlaşa və münasibət qura biləcəyinizi bilmək istəyirsiniz? Aşağıdakı siyahıdan öz bürcünüzü və onun bürcünü seçin, bürc uyğunluğu faizini və şərhlərini öyrənin.
Qoç
Aktiv və əyləncəli bürclərdən biri olan qoçlar üçün əkizlər və şirlər bol söhbət və xoş dostluq təmin edəcəklər. Dolça ilə idealist fikir və məqsədləri həyata keçəcək, tərəzi ilə çox təbii bir cazibə qazanacaqlar. Başqa bir qoçla hər yer od tutub yana bilvər. Oxatanla uzaq yerlərə səyahət edə, üfüqünügenişləndirəcək məlumatlar öyrənə bilər. Qız və əqrəb ilə çətinlik çəkər, əlaqələr yalnız ciddi qurbanlarla davam edə bilər.
Buğa
Həyatdan həzz almağı sevən buğalar üçün xərçəng partnyorları evdə dinc, nizamlı və xoş bir mühit təmin edəcək. Balıqlarla bir-birlərini bədii şəkildə qidalandıracaq və ruhlandıracaqlar. Əqrəb ilə qarşısıalınmaz bir cazibə ilə həssas münasibət qurarkən, bir-birlərinə etibarlı və sabit bir münasibət bəxş edəcəklər. Oğlaq ilə möhkəm və güclü bir tərəfdaşlıq qura bilərlər.
Əkizlər
Danışmağı və əylənməyi sevən əkizlər üçün qoç və şir ideal tərəfdaş ola bilər. Oxatan ilə üfüq sahələri genişlənəcək, yeni mədəniyyətləri və yerləri birlikdə tanıyacaqlar. Dolça və tərəzi ilə rahat bir birlik qurulacaq, dostluqları möhkəm olacaq.
Xərçəng
Xərçəng üçün özünü təhlükəsiz şəkildə aça biləcəyi, mütəşəkkil, sadiq bir tərəfdaşın olması vacibdir. Buğa və qız bu baxımdan ideal münasibət bəxş edəcək. Oğlaq ilə həyatdan gözləntiləri fərqli olsa da, bir- birlərində çatışmayan cəhətləri tamamlayacaqlar. Əqrəb və balıqlar partnyorları ilə emosional yorğunluq və ehtiras yaşaya bilərlər.
Şir
Özünə inamı çox yüksək olan şirin yanında olmaq üçün qarşı tərəf onu altdan almalı, bəzən səhnəni ona buraxmalıdır. Tərəzi bunun üçün idealdır, dolça isə şiri öz dünyasından çıxarıb başqalarının da xeyrinə işləməyi öyrədəcək.
Qız
Mütəşəkkil, çalışqan və idealist, başqalarının həyatını asanlaşdırmağı sevən qızlar üçün buğa və oğlaq deal tərəfdaş olacaqlar. Balıq həyata daha geniş pəncərədə baxması ilə qızın mükəmməllikçiliyini balanslaşdıracaq. Əqrəb və xərçəng ilə nizamlı və sabit bir birlik qura bilərlər
Tərəzi
Münasibətlər dedikdə ağıla gələn ilk bürc olan tərəzi kənardan hər kəslə münasibət qurmağı bacaran kimi görünsə də, şir, oxatan, əkizlər və dolça ilə ən yaxşı harmoniya təşkil edirlər. Tərəzi üçün sabit bir əlaqə qurmaq, öz qərarsızlığını buraxmaq deməkdir, o, ən çətin bürcləri belə idarə edə bilən emosional zəkaya malikdir.
Əqrəb
Münasibətlərdə mənəvi güvənə daha çox əhəmiyyət verən, sirli, lakin çox güclü əqrəblər üçün də eyni sabitləşmə tələbi buğa, oğlaq və qız bürcü tərəfindən təmin ediləcək. Xərçənglərlə ehtiraslı və emosional tərəfdaşlıq yaşayacaqlar. Şir və qoçun səhnə önündə olmaq istəyi əqrəb üçün təhlükə yarada bilər.
Oxatan
Bir oxatanla münasibət qurmaq üçün uzaq yerlərə səyahət edə bilən, hər sahədə məlumatlı olan tərəfdaş tələb olunur. Şir, qoç və dolça bunu reallaşdıra bilərlər. Əkizlərlə bəzən bir-birinə meydan oxuyan, lakin bir-birini tamamlayan bir enerji yaradacaqlar.
Oğlaq
Oğlaq üçün həyatın əsas prioriteti cəmiyyətin onu görəcəyinə görə yaşamaqdır. Bu səbəbdən Qoç və ya əkizlər axtardıqları nizamı onlara verməyə bilər. Qız, buğa və əqrəblə kimi eyni gücə və məmnuniyyətə nail olacaqlar. Xərçənglə isə bir-birlərinin əskiklərini tamamlayacaqlar.
Dolça
Xəyalları və idealları geniş olan, dostluğa böyük önəm verən, azadlıqsevər dolça üçün əkizlər, tərəzi və oxatan ən ideal tərəfdaşlardır. Xərçəng və əqrəblə tərəfdaşlıqları çox sıx ola bilər. Aslanla bir-birilərini öyrətmək perspektivləri vardır. Şir ona özünü xatırlamağı öyrədəcək.
Balıq
Çox emosional bürclərdən biri olan balıqlar üçün əqrəb və xərçəng çox sıx və ehtiraslı tərəfdaşlıq vəd edir. Qızla axtardığını fərq etmədiyi nizamı və aydınlığı tapacaq və zaman-zaman ehtiyac duyduğu əsəblər qız bürcü ilə həyatına qatıla bilər. Buğa və şirlə nizama nail olacaq, qoç, şir və oxatanla isə özünü qurban vermiş kimi hiss edə bilər.