Dolça bürcünün nümayəndələrini 2022-ci ilində nələr gözləyir?
Dolça bürcünün 2022-ci ildə rəmzi birgəlik və sülh olacaq. Uzun müddətfir davam edən həyat mübarizələrində bir az rahatlıq tapacaqlar. Həyat enerjiləri artacaq.
Yanvar və fevral ayları yaxşı münasibətlər qurmaq üçün ideal zaman olacaq. Ancaq diqqətli olmaq tövsiyə edilir. Dolça bürcünün sevgi həyatı fevralda digər aylarla müqayisədə daha yaxşı olacaq.
Mart və aprel aylarında sağlamlığınıza diqqət etməlisiniz. Bu aylarda pəhriz və fiziki məşqlər məsləhətdir.
11 maydan etibarən Yupiter qoç bürcünə keçəcək. Bunun sayəsində od qrupundakı qoçla hava qrupundakı dolçanın elementlərinin birləşməsi başlayacaq. Daha çox səyahət edəcək, yeni başlanğıclara imza atacaq, yeni dönəmə qədəm qoyacaqsınız.
İyun və iyul aylarında çox stresə girməyin. Zehi olaraq rahatlaşmaq üçün idman edə və təbiətdə gəzə bilərsiniz. Ünsiyyət və səmimiyyət sağlam münasibətlərdə əsas şərtdir.
Avqustda gündəmə diqqət etməlisiniz. Saturnun sizin bürcdə olduğunu unutmayın və gələn fürsətləri yaxşı dəyərləndirin.
Sentyabr və oktyabr ayları nəzakət və diplomatiyanın kariyeranızda xariqələr yaradacağı aylardır. Aylar keçdikcə maaşınız artacaq və daha çox tanınacaqsınız.
Noyabr və dekabr aylarında lazımsız pul xərcləmələri olsa da, uğurun dadını çıxarmağa çalışın. Bu dövrdə həzm sisteminizin sağlamlığı üçün yağlı qidalardan uzaq olun.