Ən qüsursuz dodaq boyası: Qırmızı dodaq boyası
Hər qadının çantasında olduğu düşünülən qırmızı dodaq boyası ən təhlükəli makiyaj materialı deyilmi?
İllər keçsə də, cazibəsini itirməyən qırmızı dodaq boyası bütün qadınlara gözəllik verir. Yığıncaqlarda, xüsusi görüşlərdə, ofisdə və digər ictimai yerlərdə bircə xəfif toxunuşla qadınları daha füsunkar etmək özəlliyi var. Qırmızı dodaq boyasından nə qədər qüsursuz, üsulunca istifadə etsəniz, nəticə bir o qədər uğurlu olar. Bu mükəmməl rəngin bütün alternativlərini sınaqdan keçirməkdən zövq alacaqsınız.
Qırmızı dodaq boyası vurmaq qadının özünə olan inamından xəbər verir. Ancaq düzgün istifadə edilmədikdə pis göründüyü üçün bəzi makiyaj sirlərini bilmək lazımdır. Dəri rənginə uyğun dodaq boyası istifadə edilməlidir. Gündüz daha parlaq və nəmli, gecə isə uzun müddət dayanıqlığını qoruyan tünd rənglərə üstünlük verilməlidir. Çimərlikdə daha cəlbedici görünmək istəyənlər lip-glosslardan istifadə edə bilərlər. Qırmızı dodaq boyası hər qadının çantasında özünə yer tutan ideal makiyaj avadanlığıdır.