Əqrəb bürcünün xüsusiyyətləri

Əqrəbin klassik idarəediçisi Marsdır, sonra isə Plutona həvalə olunub. Mars həyatda qalmağımızı, Pluton isə həyatın təbii dövrlərinə dair daxili şüurumuzu təmsil edir.

Əqrəb su qrupunun daimi üzvüdür. Təbiətinə görə axan çayın üstündə qurulmuş bənd kimidir. Bəndlər sabit olsalar da, suyun yolunu dəyişdirirlər. O su ilə tarlalar suvarılır və elektrik enerjisi istehsal olunur.

Əqrəbin xəritədəki təbii yeri əbədiyyətin yoxluqla, həyatın ölümlə, həzzin günahla, istəyin çoxluqla qarışdığı 8-ci evdir.

Çox şən və nikbin bir təbiətə sahib olduqlarını söyləmək olmaz! Çünki tükənmə dövründə dünyaya gəldilər və ölmək istəyən bir təbiətdə yaşamağa çalışdılar. Nəyinsə yaxşı və ya pis barədə mühakimə etmirlər. Daha doğrusu, yaxşı görünən şeydəki mənfi potensialı hiss etməyə və tədbir görməyə, pis görünəndəki faydalı xüsusiyyətləri hiss etməyə və istifadə etməyə həvəslidirlər.
Heç kimə tam etibar etmirlər. Özlərinə inanır, uğurlu və səmərəli olmaq istəyirlər.

Əlləri çatan nöqtələrə görünməz iplər bağlayan, yaşadıqları yerlərdə hakim kəsilməyə çalışan islaholunmaz nəzarət hərisləridirlər.

Çox istedadlıdırlar. Hər zaman biliklərini nümayiş etdirməsələr də, böyük qabiliyyətə, səriştəyə malikdirlər.

Əqrəb bürcü

Bir şeyə ehtiyacları varsa, onu mütləq əldə edərlər. Həm də ehtiyac olduqda başqalarının sahib olduqları mənbələrə çatmağın bir yolunu tapırlar və çox inandırıcıdırlar! Buna görə də tənbəl, məsuliyyətsiz, laqeyd və əxlaqsız olma meylləri ola bilər... Yəni, strologiya tarixində bunun belə olduğunu deyənlər var.

Bir şeydən zövq alsalar, onunla dipsomanik bir münasibət qurarlar. İstək onlar üçün müqəddəsdir. Və istədikləri şeylərə "ya tamamilə, ya heç bir şey" məntiqi ilə yanaşırlar. Ya çox dəyər verirlər, ya da maraq göstərmirlər.

İnsanlar tez-tez darıxdırıcı hesab edirlər və onlarə məsxərəyə qoyaraq əyləncəli bir şəkildə izləyirlər. Yalnız saf və üstün zəka və ya dürüstlüklə qarşılaşdıqda dəyişə bilərlər.

Əqrəb və əlaqələr

Əqrəb bürcü kişisi

Əqrəblər bərabərliyə, sülhə və etibara ehtiyac duyurlar.

Həyat və insanlarla birləşmək, sevgi və bolluqla çulğaşmaq, ana qucağı, ev ocağı kimi mənsubiyyət hissi yaradan məfhumlardan əsla ayrılmaq istəmirlər

Əqrəblər özlərini danışaraq yox, toxunaraq ifadə edirlər.

Həyatı fərqli insanlarla fərqli epizodlar kimi idarə edir, hər epizodu inkişaf və nəticə olaraq qəbul edirlər.

Uşaq sahibi olmaqla bağlı tərəddüd yaşayırlar. Əslində, böyük bir ailə sahibi olmaq fikrini bəyənirlər. Kişilər toxumlarını səpmək, qadınlar isə yeni can bəxş etmək üçün həvəslidirlər.
Sahib çıxmaq əqrəblər üçün problemdir.

Nəyəsə görə əqrəb dedikdə ağla seks gəlir. Əslində, cinsi əlaqəyə düşkün olduqları da doğrudur. Hətta bunun bir əlaqə forması kimi istifadə etdiklərini söyləmək olar!

Əqrəbi seçməsəniz, o sizi seçər.

Qısamüddətli münasibətlərə çox fikir verməzlər. Uzunmüddətli münasibətlərdə isə qarşısıalınmaz asılılıqlara üstünlük verirlər.

Hər kəsdən umacaqları var.

Ən dərin bağlarını balıqlarla qururlar.

Oğlaqlar ilə balanslı ünsiyyət qururlar.

Xərçənglərlə də çətin olsa da, yola gedirlər.

Tərəzi əqrəblər üçün biraz sadəlövhdür, lakin yenə də cəlbedici və mərhəmətlidir.

Əkizləri heç bəyənmirlər.

Qoçlar onlar üçün çətin idarə olunandır.

ƏQRƏB və karyera

Əqrəb bürcü qadını

Əqrəblər ağıllarına verdiyi hər işi görürlər. İstəyib görməyəcəkləri iş yoxdur.

Bir neçə məşhur insan əqrəb bürcündəndir. Məsələn, Bill Gates, Ted Turner, Roman Abromoviç, Hetty Green, Jerry Yang, Charles Dow və s.

İddialıdırlar... Bu səbəblə hakimiyyətdə olmaqdan çəkinmirlər və dadına baxdıqdan sonra asanlıqla buraxmırlar.

Məşhur yazıçılar arasında əqrəb bürcündən olanlar çoxdur, məsələn, Dostoyevski, Ezra Pound, Voltaire, R.L. Stevenson, Sylvia Plath, Kurt Vonnegut, Isaac Singer, James Boswell və başqaları...
Bəstəkarlar arasında Walsin Kralı kimi tanınan II Johann Strauss, opera ustası George Bizet, Paganini,
müəmmalı həyatı və təsirli şərhləri ilə tanınan Jeff Buckley də əqrəblərin arasındadır.

Hər əqrəb təhlükəli olduğu qədər də şəfaçıdır.

Əqrəb və sağlamlıq

Orqanizmləri ilə heç vaxt yaxşı davranmırlar, istəklərinin arxasınca düşüb hər şeyi edirlər.
Asılılıqlarına görə ağ ciyərlərini və qaraciyərlərini xəstə sala bilərlər. Cinsi yolla xəstəliyə tutula bilərlər. Enerjilərindən səmərəli istifadə etmədikdə, reproduktiv orqanlarda iltihablı və ya kanserogen formasiyalar meydana gələ bilər.

Əqrəbin yolu

Əqrəb məhrumiyyət hissi ilə doğulan bir insandır. Reallığı sevir və boş vədlərə aldanmır.
Əqrəb nə özünə, nə həyatına, nə də başqalarına əhəmiyyət verməyən və yalnız bu fani dünyada iz buraxmağı düşünən xarakterə sahibdir. Qəhrəman olmaq üçün deyil, var olduğunu hiss etmək, maraqları üçün çalışmaq həvəsindədir.

Yaşamaq ehtirası əqrəblərdə güclüdür.

Yazar: İlk yazar