Tərəzi bürcünün kişilərinin diqqətini çəkməyin 20 yolu
Hər bürcə aid ortaq xüsusiyyətlər mövcuddur. Tərəzi bürcünün kişilərinin diqqətini necə çəkməyin yollarını təqdim edirik.
1. Duyğularınızda konkret olun
Tərəzi bürcünün kişiləri duyğularını açıq şəkildə dilə gətirirlər. Bir qadını necə sevməli olduqlarını bilirlər. Tərəzi bürcünün kişilərinə qarşı da eyni bu cür hərəkət etmək lazımdır.
2. Dəbli geyinin
Tərəzi bürcünün nümayəndələrinin mükəmməl dəb anlayışına sahib olduğunu deyə bilərik. Sizi özgüvənli göstərən geyimlərə üstünlük verin.
3. Diqqəti cəlb edin
Tərəzi bürcünün kişisinin diqqətini cəlb etmək istəyirsinizsə, çərçivələrdən kənara çıxın və onu təəccübləndirməyə çalışın.
4. Dostlarınıza vaxt ayırın
Tərəzi bürcünün kişiləri üçün sosiallaşmaq vacibdir. Onun sizə aşiq olmasını istəyirsinizsə, dostlarınızla keçirdiyiniz vaxtın dadını çıxarmalı və əyləncəli olduğunuzu göstərməlisiniz.
5. Darıxmasına şərait yaradın
Tərəzi bürcünün kişisini özünüzə aşiq etməyin ən yaxşı yolu onun darıxmasına nail olmaqdır. Yanınızda olmaq istəməsi üçün ona bir az vaxt verin.
6. Əyləncə yaradın
Tərəzi bürcünün kişisi yaşadığı bütün anları daha əyləncəli və sosial hala gətirməyi sevir. Buna görə olduğunuz atmosferi canlandırmağa çalışın.
7. Bütün canlılara şəfqətlə yanaşın
Tərəzilər təmiz qəlbli, mərhəmətli qadınları sevirlər. Ona bütün canlılara həssaslıqla yanaşdığınızı hiss etdirin.
8. Dostları ilə dostlaşın
Bir kişi sevgilisinin öz dostları ilə dostlaşmasını çox istəyir. Sosiallaşmağa önəm verdiyi üçün bundan məmnun qalar.
9. Müstəqil olun
Müstəqil olmaq tərəzi bürcünün kişisinin sizə aşiq olmasını təmin edən əsas amillərdən biridir. Tərəzi bürcünün kişiləri qadınların müstəqillik duyğularına malik olduğunu görmək istəyirlər.
10. Nəzarət sizdə olsun
Həyatınızdakı işləri ən yaxşı şəkildə idarə edin, hər şeyin idarəsi öz əlinizdə olsun.
11. Romantik şam yeməyi
Tərəzi bürcünün kişisinə romantik axşam yeməyi hazırlamaqla romantik olduğunuz təəssüratı yarada bilərsiniz. Bundan çox təsirlənəcək.
12. Tək əylənə bilməyi öyrədin
Tərəzilər sosial varlıqlardır. Ünsiyyəti, birlikdə vaxt keçirməyi sevirlər. O olmadıqda belə təkbaşına əylənə bildiyinizi göstərin.
13. Pozitiv olun
Tərəzilər açıq fikirli və xoş niyyətlidirlər. Bu cəhətlər onları arzuolunan sevgili halına gətirir. Eynisini sizdən də gözləyəcək.
14. Təbii olun
Təbii olmaq makiyaj vurmamaq demək deyil. Daha zərif və sadə makiyaj edin, çoxlu aksesuar taxmayın. Belə halda şəxsiyyətiniz ön plana çıxacaq.
15. Romantik olun
Sevildiyini hiss etməyinə şərait yaradın və ona necə dəyər verdiyinizi romantik addımlarla biruzə edin.
16. Özünün ərazisi olsun
Öz ərazisinin olmağı tərəzi bürcünün kişisi üçün çox vacibdir. Müstəqil qadınlara üstünlük vermələrinin səbəblərindən biri də budur.
17. Sirli olun
Bir qədər sirli olmaq kişini daha çox cəlb edir. Aşiq kişi sizdən yetəri qədər almasa, daha artığı üçün geri qayıdacaq.
18. Özünüzə dəyər verin
Tərəzi bürcünün kişisi güclü şəxsiyyətə malik olur. Bunu özünə olan inamıyla biruzə edir. Qarşısındakı insanın da belə olmasını istəyir.
19. Ona qoşulun
Tərəzi bürcünün kişisi azad ruhlu olmağınızı və onun partilərində iştirak etməyinizi istəyər.
20. Ona iltifatlar edin
Tərəzi bürcünün kişisi hər nə qədər özünə inamlı və müstəqil olsa da, hərdən bir dəstəyə ehtiyac duyur. Ona kim olduğunu xatırladacaq və dəstək olacaq bir insan arzu edir.