Uşaqlığımızın aktrisalarını illər belə dəyişdi
"Qadın şərab kimidir. Yaşı artdıqca, gözəlləşir" - bu sözü yəqin ki, siz də tez-tez eşidirsiniz. Bəzi məşhur xanımlar da illər əvvəlki görünüşləri ilə indi daha gözəl, baxımlıdırlar.
İngilis mediası məşhur serialların sevilən qəhrəmanlarının əvvəl və indiki halının görüntüsünü müqayisə edib. Onların hazırda karyeralarının ilk mərhələsində olduqlarından daha gözəl gpründükləri isə danılmazdır.
Covanna Antonella
Tamaşaçılar onu "Klon" serialındakı hadi obrazı ilə tanıyır. Ekran işi başa çatdıqdan sonra, Covanna bir çox uğurlu layihədə yer aldı. O, Mayamidə keçirilən braziliya festivalında "Ən yaxşı aktrisa" mükafatını da alıb. Hazırda Antonella yenə də filmlərdə rol alır, hətta əvvəlkindən daha gözəl görünür.
Nataliya Oreyro
Aktrisanın bu il 42 yaşı tamam olub. O, "Дикий ангел" ("Vəhşi mələk") serialı ilə tanınıb. Həmin ekran işindən 20 il ötüb. Amma nataliyanın heç bir obrazı oradakı kimi tanınmır.
Cennifer Eniston
"Dostlar" serialı 1990-cı ilin ən reytinqli ekran işi olub. Onun efirə çıxmasından illər keçib. Aktyorlar isə həmin vaxtdan çox dəyişiblər. Layihə isə Cebbifer üçün ilk təcrübələr sırasında yer alır. Reyçel Qrin obrazı aktrisaya böyük şöhrət gətirib.
Kortni Koks
"Dostlar" serialında Cenniferin tərəf müqabili olan Kortni 55 yaşında da görünüşü ilə görənləri heyran edir. O, hər dəfə görənləri ideal bədən quruluşu ilə təəccübləndirir.
Suzana Vieyra
Suzanannı tamaşaçılar "Секрет тропиканки" ("Tropikankanın sirri") serialından tanıyır. 1990-cı ildə aktrisa o qədər məşhur olub ki, Rusiyaya gələndə ondan avtoqraf almaq üçün böyük izdiham yaşanıb. Bir müddət əvvəl Vieyranın 77 yaşı tamam olub. İzləyiciləri isə onun indi daha gözəl göründüyünü bildirir.
Karolina Dikmann
"Тропиканка" serialının daha bir qəhrəmanı... Asusena onrazı ilə tanınan aktrisa indi daha gözəl görünür. hazırda o, 41 yaşını qeyd edir.
Rouz Mak-Qouen
1998-ci ildə yayıma başlayan "Зачарованные" ("Cazibədar") serialı qısa vaxtda tamaşaçı rəğbəti qazanıb. Üç bacı cinlərlə mübarizə aparır. Rouz 2001-ci ildə növbəti layihəsinə start verib. Sentyabrın 5-də aktrisanın 46 yaşı tamam olub.
axsam.az