Dünyanın ən məşhur moda markaları
Hər kəs keyfiyyətli və bahalı geyimlər geyinmək istəyir. Bunun üçün hansı markalara üstünlük verilməlidir? Ən məşhur moda markalarını təqdim edirik.
1. Versace
Şirkətin tam adı Gianni Versace S.p.A-dır. 1978-ci ildə Gianni Versace tərəfindən İtaliyanın Milan şəhərində əsası qoyulub. Dünyanın bir çox nöqtəsində mağazalar şəbəkəsi var. Parfümeriya, saat, geyim, aksesuar kimi bir çox məhsul üzrə ixtisaslaşıb. Ən populyar markalardan biridir.
2. Armani
Armani də İtaliyanın Milan şəhərində təsis olunub. 1975-ci ildə Giorgio Armani tərəfindən yaradılan marka hər yerdə məşhurluq qazanıb. Şirkətin məhsulları arasında haute couture, konfeksiya məhsulları, geyimlər, eynək, kosmetik məhsullar, qol saatları, geyim aksesuarları yer alır. Məhsullar Giorgio Armani Privé, Giorgio Armani, Armani Collezioni, Emporio Armani, AJ, Armani Jeans, Armani Junior və AX, Armani Exchange etiketləri ilə satışa çıxarılır.
3. Dolce & Gabbana
Milanda yaradılan digər məşhur markadır. Domenico Dolce və Stefano Gabbana tərəfindən 1985-ci ildə qurulan moda nəhənginin məhsulları arasında geyim, ayaqqabı, çanta, günəş eynəyi və saat kimi bir çox məhsul yer alır. Brend məhsullarıyla diqqət çəkən Dolce Gabanna Hollivudda ən məşhur markalardan birinə çevrilib. Dolce & Gabbana, 1985 -ci ildə İtaliyanın Milan şəhərində italyan modelyerlər Domenico Dolce və Stefano Gabbana tərəfindən təsis edilmişdir. Adını qurucularının dostluğundan alan Dolce & Gabbana, qurulduğundan bu yana 33 illik uğurunu geridə qoyur.
4. Fendi
Fendi 1925-ci ildə İtaliyanın paytaxtı Romada təsis olunub. Qurucuları Adele Casagrande və Edoardo Fendidir. Ən məşhur çanta istehsalçılarındandır. 1923-cü ildə kürk istehsalçısı kimi bazara girən və LVMH-yə çevrilən lüks əşyalar markasıdır. Markanın yaradıcısı Karl Lagerfelddir.
5. Burberry
Burberry İngiltərədə təsis olunub və hazırda müxtəlif ölkələrdə mağazaları var. Şirkət moda evi, geyim, parfümeriya və aksesuar istehsalçısıdır. 1856-cı ildə Thomas Burberry tərəfindən əsası qoyulub. Ən inkişaf etmiş moda markalarındandır. Burberry Group Public Limited Şirkəti, geyim, ətir və moda aksesuarları istehsal edən, dünya şöhrətli İngilis moda evidir. Burberry -nin fərqli ekose naxışı şirkəti dünyanın ən çox təqlid edilən ticarət nişanlarından birinə çevirdi.
6. Gucci
İtalyan və fransız ortaq markası olan Gucci çox məşhurdur. 1928-ci ildə Guccio Gucci tərəfindən Florensiyada təsis olunub. Müxtəlif yerlərdə mağazalar şəbəkəsinə malikdir.
7. Dior
Avropanın ən məşhur markalarından olan Dior 1905-ci ildə Fransanın Manche bölgəsində dünyaya gələn Christian Dior tərəfindən yaradılıb. Kosmetik məhsullar, qiyafətlər, lüks aksesuarlar, parfümeriya məhsulları istehsal edir.
8. Prada
Prada 1913-cü ildə moda şəhəri olan Milanda fəaliyyət göstərməyə başlayıb. Qurucusu Mario Pradadır. Lüks moda brendinin qurucusu Mario Pradanın nəvəsi olan Miuccia, həyat yoldaşı Patrizio Bertelli ilə birlikdə Prada Group -un CEO -dur. Əri Patrizio Bertelli ilə birlikdə məhsul çeşidini beynəlxalq miqyasda genişləndirmək üçün qrupa rəhbərlik edən Miucca, Forbes jurnalı tərəfindən dünyanın ən güclü 100 qadından biri kimi tanınır.