Limfoma kimi də tanınan limfa xərçəngi ilə bağlı məlumatlar

Limfoma erkən aşkarlandıqda müalicəyə dərhal cavab verə bilən xərçəng növləri arasındadır. Limfa düyünlərində yer alan və qırmızı qan hüceyrələrində görünən şişlərin ümumi adı olan linfoma haqqında mühüm məlumatları bir araya gətirmişik.

1. Limfa sistemi nədir?

Limfa sistemi nədir?

Limfa sistemi bütün bədəndə limfa mayesini hərəkət etdirən limfa düyünləri və damarlar toplusudur. Limfa mayeləri infeksiyaya qarşı mübarizə aparan ağ qan hüceyrələrini ehtiva edir. Limfa düyünləri infeksiyanın yayılmasının qarşısını almaq üçün bakteriya və virusları yaxalayaraq məhv edən filtr rolunu oynayır. Limfa sistemi bədəninizi qorusa da, limfositlər adlanan limfa hüceyrələri xərçəngə çevrilə bilər. Limfa sistemində yaranan xərçənglərə lemfoma deyilir. Limfoma 70-dən çox xərçəng növünə malikdir və bu, bədənin müəyyən hissələrinə təsir göstərə bilər.

Sümük iliyi
Timus
Dalaq
Badamcıqlar
Limfa düyünləri

Həkimlər adətən limfomaları iki kateqoriyaya ayırırlar: Hodgkin linfoması və Non-Hodgkin linfoma (NHL).

2. Limfoma ilə hansı bölmə məşğul olur?

Limfoma ilə hansı bölmə məşğul olur?

Hematologiya qan, sümük iliyi və immun hüceyrə xəstəlikləri üzrə ixtisaslaşmış bir sahədir. Onkoloqlar xərçəng şişlərini müalicə edirlər. Patoloqlar müalicənin planlaşdırılmasına kömək etmək və müalicənin işlədiyini müəyyən etmək üçün bu həkimlərlə birlikdə çalışa bilərlər.

3. Limfoma necə müalicə olunur?

Limfomanın müalicəsi xərçəngin mərhələsindən asılıdır. 1-ci mərhələdə şiş bir neçə limfa düyünləri ilə məhdudlaşır, 4-cü mərhələdə isə şiş ağciyər və ya sümük iliyi kimi digər orqanlara yayılır. Müalicə variantları xərçəngin növü və mərhələsindən asılı olaraq dəyişə bilər.

4. Əlamətləri hansılardır?

Limfoma əlamətləri

Limfoma erkən mərhələdə simptomlara səbəb olmaya bilər. Ümumi müayinə zamanı həkimgenişlənmiş limfa düyünlərini aşkar edə bilər.

Limfa düyünləri bəzi nayihələrdə əmələ gəlir:
boyun
yuxarı sinə
qoltuqaltı
mədə
qasıq
Limfoma erkən mərhələlərdə müxtəlif yollarla özünü göstərə bilər:
sümük ağrısı
öskürək
yorğunluq
böyümüş dalaq
qızdırma
gecə tərləmələri
dəridə qızartılar
nəfəs darlığı
mədə ağrısı
səbəbsiz kilo itkisi

5. Limfa xərçənginə nə səbəb olur?

Limfa xərçəngi

Xərçəng, hüceyrənin nəzarətsiz böyüməsinin nəticəsidir. Bir hüceyrənin orta ömrü qısadır və sonra
hüceyrə ölür. Amma limfomalı insanlarda hüceyrə ölmək əvəzinə böyüyür və yayılır.

6. Limfomaya tam olaraq nəyin səbəb olduğu məlum deyil, lakin bu xərçənglə bir çox risk faktoru arasında əlaqə var.

Non-Hodgkin limfoma üçün:
İmmun çatışmazlığı
Avtoimmun pozğunluq

Yaş: Limfomaya ən çox 60 yaşdan yuxarı insanlarda rast gəlinir. Ancaq bəən uşaqlarda və körpələrdə də müşahidə olunur. Etnik mənsubiyyət T-hüceyrəli losemiya/limfotrop virus (HTLV-1), Heliobacter pylori, hepatit C və ya Epstein-Barr virusu, (EBV) kimi infeksiyalar, Radiasiyaya məruz qalma, Piylənmə

7. Uşaqlarda limfoma

Uşaqlarda limfoma üçün eyni risk faktorlarının çoxu böyüklər üçün də risk faktorudur. Ancaq bəzi limfoma növləri uşaqlarda daha çox olur. Məsələn, Hodgkin limfomasına 15 yaşından kiçik uşaqlarda daha çox rast gəlinir, lakin uşaqlarda baş verən NHL növü adətən tez böyüyür. HİV kimi immun sistemi çatışmazlığı olan və ya immunosupressiv dərmanlar qəbul edən uşaqlar limfoma riski ilə üz-üzədirlər. Eynilə, radiasiya terapiyası və ya kimyaterapiya alan uşaqlarda da bu növ xərçəngə tutulma riski daha yüksəkdir.

[xeberdarliq]

Yazar: İlk yazar